Tələb olunan məlumatların təqdim edilməməsinə görə məsuliyyət tədbirləri nəzərdə tutulur
Məlum olduğu kimi, Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə edilmiş bəzi dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim edir.
Vergi Məcəlləsində dəyişikliklərdən biri ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri tərəfindən mənfəət (gəlir) bəyannaməsi ilə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə məlumatların, habelə vergi orqanının tələbi ilə orta və iri sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının vergi orqanına təqdim edilməsi ilə bağlıdır. Məlumatlar İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunan forma əsasında təqdim ediləcək.
Dəyişiklik vergi ödəyicisi mənfəət (gəlir) vergisinin bəyannaməsini təqdim etdikdən sonra həmin bəyannamə üzrə kameral vergi yoxlamasının daha effektiv həyata keçirilməsi və vergi nəzarətinin təkmilləşdirilməsi, ödəyicinin fəaliyyəti ilə bağlı məlumat bazasının genişləndirilməsi və vergi orqanının vergilərin hesablanmasında istifadə olunan məlumatları daha çevik əldə etməsi məqsədi daşıyır. Belə ki, vergi ödəyicisinin debitor və kreditor borcları onun digər şəxslərlə həyata keçirdiyi ticarət əməliyyatları üzrə aparılan hesablaşmaların qalıqlarını müəyyən edir. Vergi orqanı tərəfindən debitor borclar barədə adlı siyahı üzrə məlumatların əldə edilməsi vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar üzrə gələcək dövrdə əldə ediləcək pul vəsaitlərinin, habelə vergi ödəyicisinin gəlirlərinin, o cümlədən ƏDV ödəyiciləri üzrə ƏDV öhdəliyinin müəyyənləşdirilməsində mühüm inzibatçılıq aləti kimi çıxış edəcək. Bununla da vergi orqanı ilə vergi ödəyiciləri arasında ortaya çıxan mübahisəli halların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyacaq.
Bir sıra hallarda vergi ödəyiciləri “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaqla alınmış mal, iş və xidmətlərin dəyərini nağd qaydada ödəyir, lakin uçotda həmin məbləği kreditor borc kimi əks etdirirlər. Bununla əlaqədar, vergi ödəyicisinin kreditor borcları barədə adlı siyahı üzrə məlumatların alınması həm “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasının, həm də vergidən yayınma hallarının qarşısının alınmasına hədəflənib. Ödəyicilərin kreditor borcları barədə məlumat nəzarəti tədbirləri zamanı həmin borcların məbləği ilə vergi ödəyicisinin gəlirdən çıxdığı xərcləri, mal qalığı və digər məlumatları arasında vergi orqanı tərəfindən üzləşdirmə aparılmasına imkan verir.
Eyni zamanda, vergi ödəyicisi tərəfindən tələb olunan məlumatların təqdim edilməməsinə görə müvafiq məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI


























