“İndi Fed-in zərbəsi daha güclü olacaq” - BAHALAŞAN DOLLAR SSENARİSİNƏ HAZIRLIQ BAŞLAYIB
Geri sayım başlayıb: ABŞ-ın (FED) faiz artırmasına 2 ay qaldı. FED-in faiz artırması ilə Dolların daha da bahalaşacağı gözlənilir. 2014-cü ildə belə bir proses əmtəə qiymətlərinin, o cümlədən neftin kəskin ucuzlaşamasına, neft-qaz ölkələrinin iqtisadiyyatının xaosa sürüklənməsinə səbəb olmuşdu.
Pandemiyanın başlanğıcından bəri faiz dərəcələrini sıfıra endirən dünya mərkəzi bankları bazarlara 10 trilyon dollar ötürüblər.
Marja.az-ın məlumatına görə, ABŞ Federal Ehtiyat Sistemi (ABŞ Mərkəzi Bankı - FED) 1980-ci illərin əvvəllərindən bəri rekord vuran inflyasiyaya cavab olaraq siyasətin sərtləşdirilməsini sürətləndirməyə hazırlaşır.
Çikaqo Ticarət Birjasının məlumatlarına əsasən, fyuçers bazarı tərəfindən, FED-in uçot dərəcəsini artırması 2022-ci ilin martında baş verəcəyi ehtimalı 89% səviyyəsində qiymətləndirilir. Həftənin əvvəlindən bəri ehtimal 23 faiz bəndi artıb.
Baş ofisi Amsterdamda yerləşən Hollandiyanın bank və maliyyə xidmətləri korporasiyası ING-nin inkişaf etmiş bazarlar üzrə baş iqtisadçısı James Knightley deyir ki, Fed-in daha sürətli hərəkət etməsi üçün təzyiq artır.
Cümə günü, yanvarın 7-də dərc edilən ABŞ əmək bazarına dair məlumatlar dünyanın ən böyük iqtisadiyyatında işsizlik səviyyəsinin 3,9%-ə düşdüyünü və pandemiyadan əvvəlki göstəricilərə (2020-ci ilin fevral ayı üçün 3,5%) yaxınlaşdığını göstərib.
Dekabrda yeni iş yerlərinin sayı proqnozlaşdırılandan (400 min) aşağı olsa da (199 min) və məşğul olanların ümumi sayı böhrandan əvvəlki səviyyələrdən 3,6 milyon nəfər az olsa da, FED üçün şirkətlərin maaş artımını kəskin sürətləndirmələri prosesi daha vacibdir. Knightley proqnozlaşdırır ki, bu inflyasiyanı 2022-ci ilin ilk aylarında 7%-ə qədər yüksəldəcək.
Cümə axşamı günü dərc edilən FED-in dekabr iclasının protokolları açıq bazar komitəsinin səsvermə hüququna malik üzvlərinin bazarın gözlədiyindən daha qətiyyətli davranmağa hazır olduqlarını və 2022-ci ildə azı 3 dəfə faiz artırmağı planlaşdırdıqlarını göstərdi.
Üstəlik, Federal Ehtiyat Sistemi bu ildən etibarən balansı azaltmağa başlamaq imkanını nəzərdən keçirir, faktiki olaraq sistemdən “çap edilmiş” dollarlar yığışdırılacaqdır. Yanvarın 5-nə olan məlumata görə, ABŞ Mərkəzi Bankının balansı 8 trilyon 765 milyard dollara çatıb və pandemiyanın başlanğıcından indiyədək heç vaxt görülməmiş miqyasda aktiv (qiymətli kağız) alışı hesabına 4,6 trilyon dollar artıb.
Noyabr ayından etibarən Fed qiymətli kağız alışı tempini azaldır, hər ay bazara daha azdollar likvidliyi verilir. Fed mart ayına qədər "mətbəəni" tamamilə bağlayacaq.
“Cəmi doqquz ay əvvəl FED faiz dərəcələrini 2024-cü ilə qədər sıfır səviyyəsində saxlamağı planlaşdırdığını açıqlamışdı”, - Knightley xatırladıb. O əlavə edib ki, dekabr iclasının protokolları FED-in inflyasiya təxminlərində yanıldığının faktiki etirafıdır, həmçinin ABŞ-ın əmək bazarının onların düşündüklərindən qat-qat güclü olduğuna dair bəyanatdır.
Skandinaviya ölkələrinin ən böyük maliyyə qrupu olan “Nordea”nın analitikləri deyirlər ki, FED-in dərəcəsi ilə bağlı gözləntilərin dəyişməsi borc bazarında “şok”a səbəb olub. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi ilin əvvəlindəki 1,51%-dən 1,79%-ə yüksələrək 2020-ci ilin martından bu yana ən güclü qazancını göstərib.
“Dolların məzənnəsinin yüksəlməsi Forex-də ABŞ valyutasının məzənnəsini yüksəldəcək, Avropa Mərkəzi Bankı (ECB, AMB) əhval-ruhiyyəsini “şahinə” (sərt pul siyasətinə) dəyişənə qədər avro dollara nisbətdə ucuzlaşmağa davam edəcək. ECB-nin faiz artırmağa başlamasının 2023-cü ildən tez baş verməsi ehtimalı azdır”, - “Nordea” yazır.
Fed sonuncu dəfə 2014-cü ildə “mətbəə”ni bağlamışdı. Bu fonda dollar indeksində 1999-cu ildən bəri ən güclü yüksəliş baş vermiş, xammal qiymətləri düşmüş, neft qiymətləri üç dəfə enmiş, Venesueladan tutmuş Rusiyaya qədər neft-qaz ölkələrinin iqtisadiyyatı xaosa sürüklənmişdi.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
“İndi Fed-in zərbəsi daha güclü olacaq”, - Morgan Stanley-in strateqi Mike Wilson xəbərdar edir: "Birincisi, QE-dən (Quantitative easing – qiymətli kağız alışı ilə dövriyyəyə pulun buraxılması) çıxış cəmi 4,5 ay ərzində baş verəcək, halbuki 7 il əvvəl proses 10 ay davam etmişdi. İkincisi, aktivlərin qiymətləri o zaman indiki kimi şişirdilmiş deyildi. Üçüncüsü, 2014-cü ildə iqtisadiyyat yüksəlişdə idi, indi isə yavaşlayır və pandemiyanın yeni dalğaları səbəbindən daha da yavaşlaya bilər".
Wilson yazır ki, "Fed-in daha aqressiv azaldılmasına keçməsi aktiv qiymətləri üçün investorların inandığından daha böyük risk yaradır" və əlavə edir ki, bazarlarda korreksiya birinci rübdə başlaya bilər.
Hedcinq fondları artıq möhkəmlənən dollar ssenarisinə hazırlaşır: 2021-ci ilin son həftəsində ABŞ valyutasının artımı üzrə mövqelərini kəskin şəkildə artırıblar. Dollar fyuçersləri və opsion möhtəkirlərinin xalis uzun mövqeyi 2019-cu ilin əvvəlindən pik həddinə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
9 d. əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
-
50 d. əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
-
2 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
-
2 saat əvvəl
Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır
Ən çox oxunanlar

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
