“Ziraat Bank Azərbaycan” şəhid və qazi ailələrinə dəstək oldu!
(®) Sosial layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayıran “Ziraat Bank Azərbaycan” ASC, Özünüməşğulluq proqramı çərçivəsində bu dəfə şəhid və qazi ailələrinə dəstək olub.
Bank avtoçilingər və avtotəmizləmə xidmətlərinin göstərilməsi sahəsində sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəhid atasını, qazini və müharibə ilə əlaqədar əlilliyi olan şəxsi bütün lazımi avadanlıqlarla təmin edib. Belə ki, Şağan qəsəbəsi sakini, şəhid atası Əli Allahverdiyev, Nəsimi rayon sakinləri, qazilər Nəcməddin Babayev və Yusif Mustafayev avtoçilingər, Xəzər rayon sakini, müharibə ilə əlaqədar əlilliyi olan Vüsal Abbasov isə avtotəmizləmə xidmətlərini göstərərək öz ailələrini maddi cəhəddən təmin etmək üçün imkan əldə ediblər.
Qeyd edilən özünüməşğulluq proqramı “Ziraat Bank Azərbaycan” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair memorandumun icrası çərçivəsində həyata keçirilir. Bununla da Bank, daha öncə qeyd etdiyi kimi proqramın növbəti mərhələsində şəhid ailələri və qazilərin şəxsi bizneslərinin yaradılmasına dəstək verilməsini prioritet istiqamət olaraq seçilməsini təsdiqləmişdir.
Bu günədək “Ziraat Bank Azərbaycan” ASC tərəfindən, Bakı, Sumqayıt, Salyan, Mingəçevir, Ağdam və digər bölgələrimizdə yaşayan bir çox vətəndaşımıza öz şəxsi bizneslərinin qurulmasında fərqli növ avadanlıqlarla təmin edərək dəstək olmuşdur.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən Bankın Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur. Yaxın günlərdə Bakı şəhərində bankın say etibarı ilə 7-ci olan “Səməd Vurğun” filialının açılışı planlaşdırılır.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
45 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib





























