Nəzarət-kassa aparatlarının əhatə dairəsi genişləndirilir - VİDEO
Tibbi xidmətlər sahəsində isə “ƏDV gerial” mexanizmi tətbiq edilirMəlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanunu təsdiq edilib. Əlavə və dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişiklikləri və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim edir.
Qanunvericiliyə edilmiş dəyişikliklərdən biri də nəzarət-kassa aparatlarının (NKA) tətbiq dairəsinin genişləndirilməsi ilə bağlıdır. Belə ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə yanaşı, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər (sabit vergi ödəyiciləri istisna olmaqla) tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmaları vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçiriləcək. Dəyişiklik “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və gəlirlərin leqallaşdırılması, habelə həmin fəaliyyət sahələri üzrə vergi münasibətlərində şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Yeni nəsil nəzarət-kassa aparatları vergi ödəyicisinin fəaliyyətinə məsafədən nəzarət olunmasına şərait yaratdığından, eləcə də NKA çevik hesablaşma forması olduğundan kassa aparatları tətbiq edilməli fəaliyyət sahələrinin dairəsi genişləndirilir. Nəzərə alınmalıdır ki, belə nəzarət mexanizmi qurulmadığı halda, vergi ödəyicisinin fəaliyyəti operativ vergi nəzarəti tədbirləri ilə əhatə edilir ki, bu da vergi orqanlarına münasibətdə inzibatçılıq yükü yaradır, eyni zamanda vergi ödəyicisinin iş prosesinə təsir etməklə onun narazılığına səbəb olur.
Yeni nəsil NKA-ların tətbiq dairəsinin genişləndirilməsi, öz növbəsində “ƏDV gerial” layihəsinə də müsbət təsir göstərəcək. Bu il qanunvericiliyə edilmiş dəyişikliklərdə ƏDV-nin qaytarılması mexanizmi tibbi xidmətlərə də aid edilib. Tibb müəssisələri tərəfindən göstərilən xidmətlər sahəsində dövriyyələrin şəffaflaşdırılması və bu prosesdə vətəndaşların birbaşa iştirakı məqsədilə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə yanaşı, tibbi xidmətlərinin göstərilməsi sahəsində də “ƏDV gerial” mexanizmi tətbiq olunub.
Eyni zamanda, ƏDV-nin qaytarılması mexanizmi bu ildən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməyəcək. Mövcud qaydaların tətbiqinə başlanıldıqdan ötən müddət ərzində aparılan təhlillər nəticəsində müəyyən edilib ki, alkoqollu içkilər, tütün məmulatları və avtomobillərin alğı-satqısı üzrə ƏDV-nin qaytarılması prosesində xeyli sui-istifadə halları yaranır. Bundan əlavə, alkoqollu içkilər və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğu nəzərə alınaraq, ƏDV-nin geri qaytarılması şəklində stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi məqsədəmüvafiq hesab olunmur.
Qeyd edək ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunda edilmiş dəyişikliklərə əsasən, ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər, pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4000 manatdan çox olan ödənişlər 2022-ci il yanvarın 1-dən yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 d. əvvəl
- 26 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI






























