Azərbaycanda son beş ildə qaz hasilatı 73% artıb - S&P
Azərbaycanda 2017-2021-ci illər ərzində qaz hasilatı təxminən 73% artıb.
Bu barədə "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda bildirilir.
Hesabatda bildirilir ki, 2025-ci il üçün bu göstərici daha 20% artacaq: “Buna baxmayaraq, hasilatın artımını nəzərə alsaq da, ortamüddətli perspektivdə neftin 80%-ə yaxın töhfəsi ilə müqayisədə qaz ixracı Azərbaycan iqtisadiyyatında nisbətən cüzi rol oynayacaq və karbohidrogen ixracının təxminən 20%-ni təşkil edəcək”.
Hesabatda vurğulanır ki, Avropada qazın spot qiymətləri rekord həddə çatsa da, Azərbaycan bundan qismən faydalanacaq, çünki ölkənin qaz müqavilələrinin əksəriyyəti uzunmüddətlidir və qiymətlər neftə bağlıdır.
Qeyd edək ki, Azərbaycan qazı Avropaya Cənubi Qafqaz, Ttans-Anadolu (TANAP və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə nəql olunaraq çatdırılır. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti olan TAP ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanan Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
Azərbaycanda neft hasilatı artacaq
"S&P Global Ratings"ə görə, Azərbaycanda bu il gündəlik ortalama neft hasilatının 2022-ci ildə 0,77 barelədək yüksələcək.
“Buna baxmayaraq, orta müddətli perspektivdə biz gündəlik neft hasilatının 2025-ci il üçün 0,75 min barelədək azalacağını proqnozlaşdırırıq. Hasilatın saxlanılması və ya artırılması mövcud neft yataqlarına əlavə sərmayələr tələb edəcək, lakin onların edilib-edilməyəcəyi hələ ki bəlli deyil”, - proqnozda bildirilir.
Hesabatda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə neft-qaz sektorundan asılıdır və bu sektor hazırda əlverişli qlobal neft qiymətlərindən bəhrələnir. Neft və qaz ixracın təxminən 90%-ni əhatə edir və Azərbaycanın ÜDM-nin 50%-ni təşkil edir.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sonuncu hesabatına əsasən, 2021-ci ildə Azərbaycanda maye karbohidrogenlərin (neft və qaz kondensatı) hasilatı 740 min barel səviyyəsində olub.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
4 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
4 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 5 saat əvvəl
-
5 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib

























