Azərbaycanın ayaqqabı istehsalçısı hədəfini böyüdüb
"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Ayaqqabı Fabriki" MMC bu il 70 min cüt ayaqqabı istehsal etməyi planlaşdırır, bu isə ötən ilin göstəricisindən təxminən 20% çoxdur.
Bu barədə qurumdan bildirilib.
Məlumatda deyilir ki, 2021-ci ildə fabrik 58 512 cüt müxtəlif növ hərbi və işçi təyinatlı ayaqqabılar istehsal edib, 58 760 cüt satış həyata keçirib. 2020-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 104 739 cüt və 107 363 cüt təşkil edib.
"Həmin il istehsal həcminin artmasına səbəb II Qarabağ Müharibəsi zamanı hərbi təyinatlı məhsullara olan tələbatın artması olub. Şirkət gücləndirilmiş rejimdə fəaliyyət göstərərək, bu tələbatı vaxtında ödəyib. Ölkə ərazisində koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində tətbiq edilmiş karantin rejimi dövründə fasiləsiz fəaliyyət göstərən müəssisə 2020-ci ili uğurla başa vuraraq öhdəliklərini tam yerinə yetirib.
"Yerli istehlakçıların keyfiyyətli məhsullarla təmin edilməsi, müəssisənin fəaliyyətinin daha səmərəli təşkili və müasir tələbatlara uyğun məhsul istehsalı gələcəkdə müəssisəyə investisiya cəlb olunmasına təşviq edir. İstehsal gücünün və məhsulların keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər sırasına yeni sifarişlərin əldə olunması üçün bazar araşdırılmalarının aparılması və müəssisənin müştəri portfoliosunun genişləndirilməsi daxildir. Həmçinin ölkəmizdə bir sıra ixtisaslaşdırılmış sahələrdə (tikinti, inşaat, sənaye) geniş istifadə olunan və tələbat duyulan işçilik ayaqqabılarının irimiqyaslı istehsalına nail olunması da “ASK Ayaqqabı Fabriki”nin fəaliyyət planları çərçivəsindədir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, "ASK Ayaqqabı Fabriki” ölkəmizdə ayaqqabı istehsalı üzrə fəaliyyət göstərən dövlət müəssisəsidir. Cəmiyyətin 4 istehsal sexi, elektro-mexaniki sexi və labaratoriyası var. 1 №-li sex - ayaqqabıların üzlük hissələrinin yığılması, pəstahların formalaşdırılması, 2 №-li sex - ayaqqabı altlıqlarının injeksiya üsulu ilə tökülməsi, 3 №-li sex - ayaqqabıların üzlük, içlik hissələrinin kəsilməsi və altlıq hissələrinin hazırlanması, 4 №-li sex - zabit heyəti üçün yay və qış çəkmələri, kişi və qadın üçün gündəlik ayaqqabılar, o cümlədən idman ayaqqabılarının istehsalı ilə məşğuldur.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























