ABŞ-ın, banklara dollarla əməliyyatları qadağan edəcəyi təqdirdə Rusiyanın planı var
Rəsmi Moskva ABŞ-ın Rusiya banklarına bəzi əməliyyatları dollarla həyata keçirməsinə qadağa qoyacağı təqdirdə nəticələri minimuma endirmək üçün planlar hazırlayıb.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu cür gözlənilməz hərəkətlərin nəticələrini minimuma endirmək üçün planlar var”, - Kremlin sözçüsü bildirib. Beləliklə, o, ABŞ-ın dollarla bəzi əməliyyatları bloklayacağı halda Moskvanın planlar hazırlayıb-hazırlamadığı barədə suala cavab verib.
“Bir daha təkrar edirəm: biz ABŞ-ı ardıcıl olaraq təxribat xarakterli hərəkətlərdən çəkinməyə və Avropa qitəsində gərginliyi artırmaqdan çəkinməyə çağırırıq”, - Peskov vurğulayıb.
Eyni zamanda o qeyd edib ki, “Kreml, əlbəttə ki, narahatdır, çünki ABŞ-ın sanksiya davranışı tamamilə gözlənilməzdir, ABŞ bununla bağlı beynəlxalq səviyyədə gözlənilməzliyini saxlayır”.
Yanvarın 29-da "Bloomberg" mənbələrə və məxfi sənədlərə istinadən xəbər verib ki, ABŞ və Avropa İttifaqı Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə tətbiq oluna biləcək anti-Rusiya sanksiyalarının işlənməsini yekunlaşdırmağa yaxındır. Agentliyin məlumatına görə, məhdudiyyətlər Rusiyanın iri banklarına bəzi banklararası əməliyyatların dollarla aparılmasına qadağa qoyulmasını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
11 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
13 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 14 saat əvvəl
-
14 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























