Agentlik təxminən 800 min manata məsləhət xidmətləri satın aldı
Dövlət Məşğulluq Agentliyi "Bərdə və Quba Peşə Hazırlığı Mərkəzləri üzrə tədris materiallarının hazırlanması və maddi-texniki bazanın beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə məsləhət xidmətlərinin satın alınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, qalib şirkət "QAFQAZ CONSULTİNG" MMC-dir.
Agentlik qalib şirkət ilə məbləği 797 min 644,6 manat olan müqavilə imzalayıb.
Ötən ilin Noyanbar ayında "QAFQAZ CONSULTİNG" MMC Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) tenderlərində qalib olmuş, 284 min 768 manatlıq və 15 min 9 manatlıq sifarişlər almışdı. Müqavilə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Şəki, Qax və Zaqatala rayonlarında "Kənd yerlərində sahibkarlığın və özünüməşğulluğun təşviqi və yeni sahibkarlıq subyektlərinin təsisini təmin etmək məqsədilə məsləhət və təlim xidmətləri"nin satın alınmasını və "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Limonadların istehsalı” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınması"nı nəzərdə tuturdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























