Fevralda havanın temperaturu çoxillik normadan yüksək olub
Respublikanın əksər bölgələrində fevral ayının birinci ongünlüyündə havanın orta temperaturu çoxillik iqlim normasından 2-6°C yüksək, yağıntısız və qeyri-sabit hava şəraiti müşahidə olunub.
Bu barədə fevral ayının 1-ci dekadası üzrə aqrometeoroloji bülletendə qeyd olunub.
Bildirilib ki, havanın dekadalıq orta temperaturu Maştağada 6.0ºC, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 6-8⁰C, Lənkəran-Astara bölgəsində 7-10ºC, Quba- Xaçmazda 2-4ºC, Şəki-Zaqatalada 5-8⁰C, Dağlıq Şirvan bölgəsində 3-4ºC, Gəncə-Daşkəsəndə 0-8ºC, Qazax-Tovuzda 2-6⁰C, Qarabağ bölgəsində 8-9ºC və Naxçıvanda 2,5ºC təşkil edib.
Havanın minimum temperaturu Acınohurda 2ºC, Astarada 1ºC, Maştağa və Lənkəranda 0ºC, Cəfərxan,Gəncə, Ceyrançöldə -2ºC, Göyçay, Zərdab, Şəki və Bərdə -3ºC,Qəbələdə -5 ºC, Şamaxı, İsmayıllıda -6ºC, Gədəbəydə -7⁰C, Daşkəsən, Quba və Naxçıvanda -8ºC, Mərəzədə - 10⁰Cqeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Maştağada -3⁰C, Qazax-Tovuz, Mərkəzi Aran və Mil-Muğan bölgəsində -4⁰C, Şəki-Zaqatala bölgəsində -6-9⁰C, Gəncədə -7⁰C, Mərəzədə -11ºC, və Naxçıvanda -8ºC təşkil edib.
Yağıntının dekadalıq miqdarı Quba-Xaçmazda 4-16 mm, Lənkəran-Astara bölgəsində Astarada 9 mm, Maştağa və Mərəzədə 2 mm qeydə alınıb. Naxçıvanda qar örtüyünün izi müşahidə edilib.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 56-86%, Gəncə-Daşkəsəndə 36-87%, Qazax-Tovuz bölgəsində 58-75%, Qarabağda 56-61%, Naxçıvan 71%, Maştağada 80%, Lənkəran-Astara bölgəsində 46-66%, Mil-Muğanda 55-71%, Şəki-Zaqatalada 41-64%, Quba-Xaçmaz bölgəsində 74-85%, Mərkəzi Aranda 54-59% təşkil edib.
Rütubət çatışmazlığı Dağlıq Şirvan bölgəsində 1-4 hPa, Gəncə-Daşkəsəndə 1-8 hPa, Qazax-Tovuz bölgəsində 2-5 hPa, Qarabağda 5-6 hPa, Naxçıvan HMS-da , Maştağa və Quba-Xaçmaz bölgəsində 2 hPa, Lənkəran-Astarada 2-5 hPa, Şəki-Zaqatala bölgələrində 4-7 hPa, Mil-Muğan 2-5 hPa, Mərkəzi Aranda 5 hPa olub.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı Goranboyda 2 gün, küləyin maksimum sürəti 32 m/san, Daşkəsən və Tərtərdə 3-4 gün, maksimal sürət 28 m/san, Bərdədə 1 gün, maksimal sürət 25 m/san, Zərdab və Tovuzda 1-2 gün, maksimal sürət 24 m/san, Mərəzə və Göyçayda 2-5 gün, maksimal sürət 22 m/san, Şəki və Gəncədə 1- 3 gün 20 m/san qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
9 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















