IMF-in Azərbaycan üzrə missiyasının yeni rəhbəri təyin olunub
Beynəlxalq Valyuta Fondu (IMF) Çad Steynberqi (Chad Steinberg) Azərbaycan üzrə missiyasının rəhbəri təyin edib.
Bunu IMF-nin Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.
“Onun təyinatı ilə bağlı Azərbaycan tərəfi ötən il məlumatlandırılıb, hal-hazırda Bakıya onun ilk tanışlıq səfəri təşkil olunub”, – deyə A.Qədirli dəqiqləşdirib ki, Ç.Steynberq uzun müddətdir Valyuta Fondunda çalışır.
Ç.Steynberqin sələfi Natalia Tamirisa 2019-cu ilin yanvar ayından IMF-nin Azərbaycandakı missiyasına rəhbərlik edib.
A.Qədirli həmçinin bildirib ki, fevralın 21-dən 25-dək Bakıda olan Ç.Steynberq hökumətə IMF-nin Azərbaycan üzrə icraçı direktoru Petr Trabinski tərəfindən təqdim olunub. IMF-in missiyasına həmçinin Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Jiri Conas (Jiri Jonas) və Qustavo Ramires (Gustavo Ramirez) də daxildir. Maliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində, Mərkəzi Bankda görüşlər keçirən missiya üzvləri həmçinin işğaldan azad olunmuş Ağdama da səfər ediblər. "Report"un məlumatına görə, qonaqlar Şuşaya da səfər edəcəklər.
Qeyd edək ki, 1992-ci ilin 18 sentyabr tarixindən üzvlüyünə qəbul olunduğu IMF-dən Azərbaycan 2006-cı ildən bu yana maliyyə vəsaiti cəlb etmir, tərəflər arasında əməkdaşlıq Fondun Nizamnaməsinin IV maddəsinə dair məsləhətlər və makroiqtisadi siyasətin başlıca istiqamətlərinə dair texniki dəstək missiyaları çərçivəsində həyata keçirilir.
KREDİTİ ONLAYN əldə et – 40 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























