Britaniya VTB daxil Rusiya şirkətlərinə sanksiya tətbiq edir
Britaniya VTB, Aeroflot, Rostech, USC və KLA-ya sanksiya tətbiq edir.Böyük Britaniya Rusiyanın Ukraynadakı əməliyyatına görə VTB və Aeroflot şirkətlərinə qarşı sanksiyalar elan edib.
Marja xəbər verir ki, bu barədə Baş nazir Boris Conson bildirib.
Britaniya, Birləşmiş Təyyarə Korporasiyası ( KLA), Rostech və Birləşmiş Gəmiqayırma Korporasiyasına (USC) qarşı da sanksiyalar tətbiq edib.
Sanksiyalar Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlara görə tətbiq edilir. Sanksiyalara şirkətlərin aktivlərinin bloklanması və "Aeroflot"un Britaniyaya uçuşlarının qadağan edilməsi daxildir.
“Biz ABŞ ilə birlikdə VTB-nin aktivlərinin tam dondurulmasını tətbiq edirik. Daha geniş mənada, bu səlahiyyətlər bizə imkan verəcək ki, Rusiya banklarını Britaniya maliyyə sistemindən tamamilə kənarlaşdıraq, onları funt sterlinqdən və Böyük Britaniya vasitəsilə ödənişlərin klirinqindən təcrid edək. Və nəzərə alsaq ki, Rusiya ticarətinin yarısı dollar və funt sterlinq vasitəsilə həyata keçirilir, mən məmnuniyyətlə bildirirəm ki, Birləşmiş Ştatlar oxşar tədbirlər tətbiq edir”, - Conson parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Britaniya dərhal bankın bütün aktivlərini dondurur və ölkədəki bütün iri Rusiya banklarının aktivlərini bloklamağa çalışacaq. Həmçinin, London rusların Britaniyadakı hesablarında saxlaya biləcəyi məbləğə məhdudiyyətlər tətbiq edəcək.
Conson Britaniyanın Rusiya banklarının Britaniya maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq, rus şirkətlərinə Britaniya bazarında qazanc əldə etməyi, dollar və funt sterlinqlə ödənişləri qadağan etmək planlarını da açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
11 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
12 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 14 saat əvvəl
-
14 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























