Rabitəbank əməkdaşları Boğaziçi Üniversitetinin “Menecmentin İnkişafı” proqramından məzun olub
(®)Rabitəbank 150 illik təcrübəyə malik, beynəlxalq standartlara uyğun təhsil verən Türkiyə Universitetlərindən biri - Boğaziçi Universiteti ilə uğurlu bir layihəni başa vurub.
Bankın müxtəlif rəhbər vəzifələrində çalışan 29 əməkdaşı 2.5 ay müddətində Boğaziçi Universitetinin Yaşamboyu Eğitim Merkezinin (BÜYEM) keçirdiyi “Leadership Academy of Business Program” (mini MBA)-da iştirak ediblər.
Bu müddət ərzində bank əməkdaşları universitetin professor müəllim heyətindən biznesin idarə edilməsi və inkişafı yönündə təhsil alıb, imtahanlarda iştirak edərək layihəni uğurla başa vurublar.
Ötən günlərdə Bakıda layihəni uğurla tamamlayan bank əməkdaşlarının “Məzun Günü” tədbiri keçirilib. Layihəni yaxından izləyən Rabitəbank-ın İdarə Heyətinin Sədri Aydın Hüseynov, tədbirdə proqramın əhəmiyyətindən danışıb və iştirak edən bütün bank əməkdaşlarına uğurlar dilənib. Aydın Hüseynov həmçinin tədbirdə əməkdaşların şəxsi inkişafı üçün təhsilyönlümlü layihələrin davamlı olacağını vurğulayıb. Rabitəbank öz insan kapitalının inkişafı üçün davamlı investitsiyalar edəcəkdir.
Daha sonra əməkdaşlar BÜYEM-in tədrisçiləri tərəfindən diplomla təltif olunub və tədbirin digər hissəsi iştirakçıların qazandıqları bu dəyərli təcrübəni qeyd etmələri ilə sonlanıb.
"Rabitəbank" ASC, Azərbaycan-ın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI






























