Coca-Cola qadın sahibkarlar və jurnalistlərlə görüş keçirib - FOTOLAR
Coca-Cola Azərbaycan 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın sahibkarlar və media nümayəndələrinin bayramını təbirk etmək üçün tədbir keçirib.
İlk tədbir biznes fəaliyyəti ilə məşğul olan qadınlarla keçirilib və xanımların sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə həsr edilmişdir. Tədbir şərçivəsində “Qadınlar biznesdə” təlimi təşkil edilmişdir. 26 sahibkar xanımın qatıldığı təlimin məqsədi ərzaq ticarəti sahəsində sahibkarlıq fəaliyyəti göstərən qadınların biznes bacarıqlarının inkişaf etdirilməsi olmuşdur. Təlimdə “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin rəhbər heyəti xanımlar üçün satış, marketinq, biznesin hüquqi tənzmilənməsi, müştəri xidmətləri kimi mövzularda təqdimatlar etmişlər.
Xanımlarla görüşə qatılan “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin Baş Direktoru Rəna Məmmədova qadınların biznesdə daha fəal iştirak etməsinin vacibliyini vurğulayıb.
“Coca-Cola üçün qadınların iqtisadi fəallığını dəstəkləmək cəmiyyətin inkişafını dəstəkləmək deməkdir. Xanımlarımızın sahibkarlıqla məşğul olması nəinki onların fərdi inkişafına xidmət edir, bu, həm cəmiyyət, həm də iqtisadiyyat üçün vacibdir. Coca-Cola ölkədəki satış nöqtələri vasitəsilə minnlərlə kiçik sahibkarla əməkdaşlıq edir və bu iş adamlarının bir qismi xanımlarımızdır. Biz də hər zaman onların inkişafını dəstkləməyə çalışırıq”- deyə, Rəna Məmmədova qeyd etmişdir.
Xanım sahibkarlarla görüşə həmçinin İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri də qatılmış, xanımların suallarını cavablandırmış, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün müxtəlif dövlət xidmətləri haqqında məlumat vermişlər, onların bizneslərinin genişləndirilməsi yolları müzakirə edilmişdir.
Növbəi gün isə Coca-Cola rəhbərliyi xanım jurnalistlərlə görüş keçirmiş və onların bayramını təbrik etmişdir. Görüşdə gender bərabərliyinin vacibliyi, Azərbaycan qadınlarının cəmiyyətin müxtəlif sferalarında, xüsusilə də media sahəsində çox geniş təmsil olunması qeyd edilmişdir. Şirkətin rəhbəri xanım jurnalistlərə Coca-Cola tərəfindən dəstəklənən qadın inkişaf proqramları haqqında da məlumat vermişdir. Qeyd edilmişdir ki, Coca-Cola bugünədək ölkədə 5000-dən artıq gənc xanımların iqtisadi fəalliğının artırılmasına nail olmuşdur. Bu məqsədlə şirkət Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, BMT-nin İnkişaf Proqramı, Gənclər və İdman Nazirliyi, ASAN Könüllüləri təşkilatı kimi tərəfdaşlarla uğurlu əməkdaşlıq edir.
Tədbirin sonunda Rəna Məmmədova media nümayəndələri ilə xatirə şəkli çəkdirib və onlara şirkətin fəaliyyətini yüksək peşəkarlıqla işiqlandırdıqlarına görə təşəkkürünü bildirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 d. əvvəl
- 24 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























