Azərbaycanda internet kabellərinin yeganə istehsalçısı “Caspian Cable” şirkətidir
“Güvən istehsal edirik”. “Caspian Cable” MMC şirkəti tamamilə yerli sərmayə ilə qurulmuş, elektrik, internet (CAT 5/6/7), yanğın, video-müşahidə və TV kabellər istehsal edir.Azərbaycan Respublikası, Abşeron rayonunda yerləşən “Caspian Cable" MMC Azərbaycan bazarının qabaqcıl şirkətlərindən biridir. 80 000 m2 açıq, 10 000 m2 qapalı sahədə yerləşən müəssisənin 60 nəfər işçi kollektivi, müasir texnologiya və təcrübəli mühəndis heyəti ilə, dünya keyfiyyət standartlarına uyğun məhsullar istehsal etməkdədir.
“Caspian Cable MMC” fəaliyyətinə sadəcə elektrik kabelləri istehsal edərək başlasa da, 2019-cu ildə şirkətimiz böyüməyə gedərək internet və siqnal kabellərinin də istehsalına başlamışdır. Tamamilə yerli sərmayə və istehsala sahib olan “Caspian Cable" MMC geniş çeşiddə, müxtəlif ölçüdə mis və alüminium olmaq üzrə alçaq gərginlikli elektrik kabelləri, CAT5-CAT6-CAT7 ethernet (internet) kabelləri, koaksial (TV) kabelləri, siqnal kabelləri, insan sıxlığının yüksək olduğu yerlərdə istifadə olunması məcburi olan və yandığı zaman toksik (zəhərli) qaz buraxmayan və yanmaya davamlı, halogensiz ya da yanmaz kabelləri (HFFR) istehsal edir.
“Caspian Cable” MMC ISO 9001; 2015 keyfiyyət sertifikatı, Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət komitəsinin AZS Milli Sertifikatlaşdırma sistemi ilə “Uyğunluq Sertifikatı”-na OHSAS 18001-2007, ISO 14001; 2005 və digər keyfiyyət sertifikatlarına layiq görülmüşdür.
“Caspian Cable” şirkətinin istifadə etdiyi xammal yüksək keyfiyətdə olub, Türkiyə, Rusiya və Avropa ölkələrindən (Italya, Almaniya) təmin edilməkdədir.
“Güvən itehsal edirik” şüarı ilə fəaliyyət göstərən “Caspian Cable” şirkətin kollektivinin əsas məqsədlərindən biri də Azərbaycan məhsullarının xaricdə tanınmasına və dünya bazarında yer tutmasına töhfə verməkdir.
Təhlükəsizliyiniz üçün keyfiyyətli kabel seçin!
Əlaqə:
050-838-44-44
050-838-44-44
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























