Bonaqua qadınların VeloTour yarışına dəstək olub - FOTOLAR
(®) Bonaqua brendinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Bakıda qadınların veloturu keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaşlığı ilə keçirilən turun təşkilatçısı "Azeri Home Chef " MMC olub.
Qadınlarda öz güclərinə inamı və əminliyi artırmaq məqsədilə Respublika velotrekinin ərazisində baş tutan velotura 50-dən çox qadın velosipedçi qoşulub. İdmana həvəsi olan qadınlarla yanaşı evdar və fiziki məhdudiyyətli xanımlar da tədbirdə iştirak edib.
"Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova qadınların hər sahədə, o cümlədən, idmanda da aktiv olmalarının prioritetliyindən danışıb: “Peşəkar idmançılarla yanaşı veloidmanla birbaşa əlaqəsi olmayan xanımların veloturda bir araya gəlməsi bizi sevindirir. Onların müzakirə edəcək, bölüşəcək və bir-birinə dəstək olacaq çox mövzularının və təcrübələrinin olduğuna əminik. İnanırıq ki, bu tur qadınların şəxsi inkişafı üçün öz faydalı töhfəsini verəcək”.
Aytən Məmmədova həm də onu qeyd edib ki, artıq Bonaqua yenilənmiş dadı ilə satışa çıxarılıb və yeni konsepsiyada qadınlar prioritet götürülüb.
Veloturda iştirakçı olan Leyla Elşənsoy bildirib ki, ilk dəfə belə bir tura qoşulsa da, yaradılan mühit və imkanlar onda böyük həvəs yaradıb: “Velotur hər şeydən əvvəl sağlamlıqdır. Qadın sağlam olanda cəmiyyət də sağlam yetişir. Bu turda idmana böyük marağı olan neçə qadınla söhbətləşmək imkanım oldu. Qadınların bir yerdə olması həmişə gözəl nəticələrlə tamamlanır”.
Qeyd edək ki, qadınlara həsr edilən velotur artıq 4-cü ildir ki təşkil olunur. Bugünə qədər 400 nəfərdən çox qadın velotura qoşulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 d. əvvəl
- 24 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























