Qeyri neft-qaz məhsullarının ixracı 1,6 dəfə artıb
2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 118 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 66 ölkəyə məhsul ixrac olunmuş, 111 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı press-relizdə bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 3 milyard 968,7 milyon ABŞ dolları təşkil etmişdir.
Ticarət dövriyyəsinin 2 milyard 993,8 milyon dollarını və ya 75,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 974,9 milyon dollarını (24,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2 milyard 18,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,8 dəfə, real ifadədə 17,8 faiz, o cümlədən ixrac 25,9 faiz, idxal isə 2,8 faiz artmışdır.
2022-ci ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə həm faktiki qiymətlərlə, həm də real ifadədə 1,6 dəfə artaraq 232,2 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 38,6 faizi İtaliya, 10,9 faizi Türkiyə, 5,8 faizi Ukrayna, 5,1 faizi Rusiya, 3,8 faizi İsrail, hər biri 3,6 faiz olmaqla Çin və Birləşmiş Krallıq, 3,1 faizi Qazaxıstan, 2,5 faizi Almaniya, 2,3 faizi Çexiya, 2,2 faizi Yunanıstan, hər biri 2,0 faiz olmaqla Tailand və İspaniya, 1,8 faizi Gürcüstan, 1,5 faizi Rumıniya, 1,3 faizi İrlandiya, 1,2 faizi Portuqaliya, hər biri 0,9 faiz olmaqla İran və Tunis, 6,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 d. əvvəl
- 9 d. əvvəl
-
-
19 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
30 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
-
44 d. əvvəl
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
-
49 d. əvvəl
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Ən çox oxunanlar
Azərbaycanın ən böyük 10 ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan neftinin son qiyməti




























