Avropa Pul Viktorinasına qeydiyyat başlayıb
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Avropa Banklar Federasiyasının birgə təşkilatçılığı ilə 7 aprel 2022-ci il tarixində 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası”nın milli mərhələsinin seçim turu keçiriləcəkdir.
“Avropa Pul Viktorinası” 28 Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə keçirilən yarışdır. Viktorina iki əsas mərhələdən – milli və Avropa finalından ibarətdir.
Milli final mərhələsində qalib gələn 2 nəfər Avropa finalında iştirak etmək hüququ qazanacaqdır.
İstər milli, istərsə də Avropa finalının qaliblərini dəyərli hədiyyələr gözləyir.
Həmçinin pandemiya ilə əlaqədar şərtlər uyğun olacağı təqdirdə Avropa finalında qalib gələn məktəblilərin 2022-ci ilin yayında Brüselə səyahəti də planlaşdırılır.
Əvvəlki illərin sualları ilə bu linkdən: https://www.ebf.eu/europeanmoneyquiz/practice/ tanış ola bilərsiniz. Həmçinin maliyyə savadlılığı ilə bağlı bilikləri artırmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platformasına - https://edu.e-cbar.az/course/preview.php?id=125 keçid edə bilərsiniz.
İştirak şərtləri
-İştirakçı hazırda Azərbaycanda olan hər hansı bir ümumtəhsil müəssisəsində oxumalıdır;
-İştirakçı 13-15 yaş aralığında olmalıdır (Yəni, iştirakçının təvəllüdü 11 may 2006-cı il və 14 sentyabr 2009-cu il aralığında olmalıdır).
Qeyd
-Mövcud epidemioloji şərait səbəbindən viktorinanın milli mərhələsinin bəzi turları və Avropa finalı onlayn platforma üzərindən təşkil ediləcəkdir.
-Milli mərhələ bir neçə turdan ibarət olacaqdır. Bu şərtlər ilkin seçim turunu keçən iştirakçılara ətraflı izah ediləcəkdir.
-Viktorinanın istər milli, istərsə də Avropa finalı üzrə sualları Azərbaycan dilində olacaqdır.
Qeydiyyat
İlkin seçim turu üçün 30 mart 2022-ci il saat 18:00-a qədər bu linkdən qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.
Əlaqə
Daha ətraflı məlumatı Azərbaycan Banklar Assosiasiyasının [email protected] ünvanına mövzu hissəsində “Avropa Pul Viktorinası 2022” yazaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 d. əvvəl
- 23 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI

























