"Rusiyada 1998-ci ilin defoltu təkrarlanmayacaq"
Medvedev Rusiyada 1998-ci ildəki defoltun təkrarlanacağını istisna edib. Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavinini Medvedev hesab edir ki, Rusiyada 1998-ci ildəki defolt təkrarlanmayacaq, çünki o vaxt dövlət indikindən daha az qorunurdu. İndi Qərb ölkələri Rusiyaya iqtisadi müharibə elan ediblər."Rusiyada 1998-ci ilin defoltu təkrarlanmayacaq, o vaxt dövlət indikindən daha az qorunurdu".
Marja xəbər verir ki, bunu müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Eyni suya iki dəfə girə bilməzsiniz. Mənim 1998-ci ildə hakimiyyətlə heç bir işim olmayıb. Həmin vaxt bizim cəmiyyətimiz, dövlətimiz daha az qorunurdu”, - Medvedev Rusiyada 1998-ci il defoltunun təkrarlanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
Medvedev qeyd edib ki, o vaxt hamı “ABŞ-da maliyyə köpüyünün yaranması ilə bağlı” beynəlxalq maliyyə böhranına müqavimət göstərirdi.
Onun fikrincə, mövcud vəziyyət Qərb ölkələrinin Rusiyaya elan etdiyi və “qaydasız aparmağa” çalışdıqları iqtisadi müharibədir.
“Bu, bazar iqtisadiyyatının ümumi əsaslarının rədd edilməsidir. Burada nə deyə bilərəm: əgər bu onlara baha başa gəlmirsə, bunu etsinlər, amma məlum səbəblərə görə, bu, təbii ki, Rusiyanın simmetrik reaksiyasına səbəb olacaq”, - Medvedev əlavə edib.
Bundan əvvəl maliyyə naziri Anton Siluanov bildirmişdi ki, Mərkəzi Bankın və Rusiya hökumətinin valyuta hesablarının dondurulmasını Qərbin heç bir real iqtisadi əsası olmayan Rusiyanın süni defoltunu təşkil etmək istəyi kimi qiymətləndirmək olar. O izah edib ki, Rusiyanın öhdəliklərini yerinə yetirmək üçün lazımi miqdarda vəsaiti var.
Martın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Rusiyada süni defolt şəraitinin yaradılmasından danışıb. O, əmin edib ki, hazırda ölkədə defolt üçün heç bir şərait yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
12 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 13 saat əvvəl
-
13 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























