Azərbaycan ani lotereyaları tarixində ən böyük uduş - 200.000 manat qazanıldı
(©) “Azərlotereya” ASC tərəfindən təşkil olunan ani lotereyalar böyük uduşları ilə sevindirməyə davam edir.
“40 000 000 Pul Yağışı” ani lotereyası satışa çıxarıldığı mart ayından etibarən lotereya həvəskarlarının böyük marağına səbəb olub. Lotereyada ard-arda bir neçə uduş öz şanslı qaliblərinə qismət olub.
Azərbaycanda ani lotereya oyunları tarixində ən böyük uduş - 200.000 manat qazanıldı. 200.000 manat məbləğində böyük uduş Ağdaş rayonu sakini tərəfindən udulub. “40 000 000 Pul Yağışı” ani lotereyasında bu yeğanə uduş olmayıb. Hər biri 10.000 manat dəyərində olan 6 uduş isə Bakı, Xırdalan, Cəlilabad, Lənkəran və Xaçmazda qazanılıb.
Lotereyaların təşkilində şəffaflıq və uduş fondlarına gəldikdə isə qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı aydın şəkildə yazılır. Lotereya oyunlarında uduşları qazananların adı və soyadları yalnız uduş qazanan şəxslərin icazəsi ilə mümkündür.
Xatırladaq ki, lotereya bir şans oyunudur. Lotereya oyunlarında iştirak əyləncəli vaxt keçirmək, bəxtin sınanması ilə müşayiət olunur. Bu oyunlarda iştirak etmək boş vaxtın səmərəli və əyləncəli keçirilməsi ilə nəticələnməlidir.
“Azərlotereya” ASC yalnız qanunla nəzərdə tutulan qaydada təşkil olunan lotereya oyunlarında iştirak etməyi tövsiyə edir. Qeyd edək ki, 18 yaşı tamam olmuş şəxslər lotereya oyunlarında könüllü şəkildə iştirak edə bilərlər.
“40 000 000 Pul Yağışı” ani lotereyası, eləcə də “Azərlotereya” ASC-nin digər ani lotereyaları “Brilliant”, “Şans ulduzu”, “Qızıl” biletlərini bütün “Misli” məntəqələri və lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri, “Maxi.az” və “Optimal Elektronika” mağazalar şəbəkəsində əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
44 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib



























