Bakıda YENİ RANGE ROVER modelinin təqdimatı keçirildi - FOTO/VİDEO
(®) Rahat, dəbdəbəli ən əsası ekoloji cəhətdən mükəmməl və orijinal lüks yolsuzluq avtomobili “Yeni Range Rover ” modelinin Bakıda təqdimatı keçirilib.
Özündən əvvəlki nəsillə stilistik oxşarlığına baxmayaraq, sənayenin ən qabaqcıl texnologiyalarını özündə cəmləyən yeni yolsuzluq avtomobili tədbirdə iştirak edən qonaqları və avtomobil həvəskarlarını valeh edib.
Tədbirdə iştirak edən şirkətin bir sıra rəsmi nümayəndələri, yerli məşhurlar yeni modellə bağlı təəssüratlarını bölüşüblər. Avto həvəskarları bildiriblər ki, Range Rover-in hər buraxılışı möhtəşəmdir, lakin bu model digərlərinə nisbətdə daha komfortlu, daha etibarlıdır.
Böyük Britaniyanın ən böyük avtomobil istehsalçısına məxsus yeni modelinin satışı "Jaguar Land Rover" avtomobillərinin Azərbaycanda rəsmi dileri olan “Avtolyüks-Azərbaycan” MMC tərəfindən, Aşıq Molla Cümə küçəsi 42B ünvanında həyata keçiriləcək.
Yeni “Range Rover”in korpusu 80% alüminiumdur və əvvəlki nəsil avtomobillərlə müqayisədə salonda 24% daha çox komfort hiss etmək mümkündür.
Range Rover zərif lüksün təcəssümü olmaq üçün hazırlanmışdır. Onun salonu yeddi nəfərə qədər sərnişini rahatlıqla qəbul edə bilər. Standart komplektasiyaya qabaqcıl güvən və rahatlıq texnologiyaları, o cümlədən tam ötürücülü təkərli idarəetmə həmçinin Terrain Response 2 sistemi daxildir.
Seçimlərə daxili dinamikləri olan 1600 vatt gücündə Meridian Signature audio sistemi, aktiv səs-küyün ləğvi, gücləndirici sükan həmçinin adaptiv kruiz-kontrol daxildir.
Çoxfunksiyalı Yük Sahəsində daşınan döşəmə paneli var, Tailgate Event Suite seçimi isə xüsusi uyğunlaşdırılmış dəri yastıqlar və işıqlandırma əlavə edir.
Əsas dəyişikliklər mühərriklərlə bağlıdır. İndi onların hamısı əlavə 48 voltluq şəbəkə ilə yumşaq hibrid sxemə uyğun olaraq çalışır. Əlavə olaraq hazırki mühərrik 530 at gücü hasil edən 4,4 litrlik ikiqat kompressorlu V8 benzindir.
Sonda qeyd edək ki, yaxın gələcəkdə Range Rover seriyasında hibrid versiya təqdim olunacaq və tam elektriklə işləyən versiya 2024-cü ildə debüt edəcək.
Video: https://www.instagram.com/tv/CcziN0EDlqJ/?utm_source=ig_web_copy_link
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
11 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
13 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 14 saat əvvəl
-
14 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















