Shell-dən rekord mənfəət
Rusiyanı tərk etmək qərarına baxmayaraq, neft nəhəngi Shell yüksək enerji qiymətləri səbəbindən rekord gəlir əldə edib. Şirkət Rusiyanın Ukraynaya hücumundan sonra 28 fevral 2022-ci ildə ölkədəki layihələrdən çəkilmək qərarına gəldiyini açıqlayıb.Böyük Britaniyada yerləşən beynəlxalq enerji şirkəti Shell, neft və təbii qaz qiymətlərindəki artım və kommersiya vahidlərinin güclü performansına görə birinci rübdə rekord mənfəət əldə etdiyini açıqlayıb.
Marja.az xəbər verir ki, Shell, birinci rübdə mənfəətinin əvvəlki rüblə müqayisədə 43% artaraq 9,13 milyard dollara çatdığını açıqlayıb.
Analitiklərin gözləntilərinə görə, şirkətin bu rübdə 8,73 milyard dollar mənfəət əldə edəcəyi gözlənilirdi. Ötən ilin eyni dövründə şirkətin mənfəəti 3,23 milyard dollar olub.
Rusiyanı tərk etmək qərarına gəlib
Şirkət Rusiyanın Ukraynaya hücumundan sonra 28 fevral 2022-ci ildə ölkədəki layihələrdən çəkilmək qərarına gəldiyini açıqlayıb.
Bu kontekstdə şirkətin Saxalin-II LNG obyektindəki 27,5 faiz, Salym Petroleum Development və Gydan enerji müəssisəsindəki hər birinin 50 faizini satacağı, Qazprom və əlaqədar qurumlardakı müştərək müəssisələri tərk edəcəyi bildirilib.
Ötən ilin sonuna olan məlumata görə, Shell-in Rusiyadakı cari əsas vəsaitləri 3 milyard dollar təşkil edib. Bu qərarın “Qazprom” və digər təşkilatların dəyərinə zərər vuracağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 35 d. əvvəl
- 42 d. əvvəl
- 49 d. əvvəl
-
16 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
17 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycan neftinin son qiyməti
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Ən çox oxunanlar
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib






















