“Xəzər”Kredit İttifaqının üzvlərinə verdiyi kreditlər azalıb
Lənkəranda fəaliyyət göstərən “Xəzər”Kredit İttifaqı 2021-ci ili 28 min 408 manat xalis mənfəət ilə başa vurub. Halbuki, ittifaq 2020-ci ili 17 min 826 manat xalis mənfəəət ilə bağlamışdı. Beləliklə, “Xəzər”Kredit İttifaqının xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 59,4% artıb.
Marja.az xəbər verir ki, “Xəzər”Kredit İttifaqının faiz gəlirləri 2020-ci ildə 72 min 292 manat ikən, 2020-ci ildə 94 min 245 manat təşkil edib.
Ötən il üzvlərə verilmiş kreditlər 16,3% azalaraq 848 min 768 manata geriləyib. 2020-ci ilin sonunda İttifaqın üzvlərə verdiyi kreditlər 1 milyon 14 min 436 manata çatmışdı.
Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Kredit ittifaqı 11-dən az olmayan fiziki və ya hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir. Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqi Milli Bankin mərkəzi reysterində 05 iyun 2002-ci il tarixli xüsusi raziliq (lisenziya) əsasında fəaliyyətə başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
- 5 d. əvvəl
-
15 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
16 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 18 saat əvvəl
-
18 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
























