Gecə neft daha da bahalaşıb
Brent markalı neftin qiyməti martın 27-dən bəri ilk dəfə bir barel üçün 115 dolları ötüb.Bu gecə Brent neftinin qiyməti 115 dolları da keçərək 115,05 dolları görüb.
Marja.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin 2022-ci ilin iyul ayı üçün fyuçers müqaviləsinin dəyəri 0,7% artaraq bir barel üçün 115,05 dollar olub. Brent sonuncu dəfə 2022-ci il martın 27-də bir barel üçün 115 dolları ötüb.
Neftin bahalaşmasının ən mühüm səbəblərindən biri Çinin Şanxay şəhərinin karantin tətbiq edilən hissəsində koronavirusa yoluxma faktının azalmasıdır. Çinin maliyyə mərkəzi olan Şanxayda məhdudiyyətlərin yumşaldılacağına dair gözləntilər neft qiymətlərinin yüksəlməsinə səbəb olub.
Şanxayda karantindən kənar ərazilərdə yenidən sıfır yoluxma faktı müşahidə edilib. Şəhərdə normallaşmaya iyunun 1-dən başlanması planlaşdırılır.
Digər tərəfdən Avropa ittifaqının (Aİ) Rusiyaya qarşı neft embarqosu ilə bağlı razılaşma əldə olunmayıb. Üzv dövlətlər Rusiyadan neft idxalına qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar paketi ilə bağlı konsensusa gələ bilməyiblər. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Aİ Xarici İşlər Nazirlərinin Brüsseldə keçirilən iclasının sonunda mətbuata verdiyi açıqlamasında, “Təəssüf ki, 6-cı sanksiyalar paketini yekunlaşdırmaq üçün razılığa gəlmək mümkün olmadı. Bu məsələ səfirlər səviyyəsində bundan sonra da müzakirə olunacaq. Biz neft qadağası ilə bağlı yekdillik problemi ilə üzləşirik" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 9 d. əvvəl
-
24 d. əvvəl
Avtomobil qəzalarının maliyyə yükü böyüyür – 8 ayda “PAŞA Sığorta”dan 10 milyon manatdan çox ödəniş
- 28 d. əvvəl
-
46 d. əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
2 saat əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Epoint-ə yeni Baş İcraçı Direktor təyin edilib
Azərbaycan nefti bahalaşıb
Rəsmi məzənnəlır açıqlandı
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
Ən çox oxunanlar
Azərbaycan 14 HÜRKUŞ-II təlim təyyarəsi alır
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ


























