Çin, endirim edildiyi üçün Rusiya neftinin idxalını artırır
Çin, böyük endirim olduğu üçün Rusiya neftinin idxalını artırır.
Marja xəbər verir ki, bu barədə cümə günü daşıma məlumatlarının təhlilinə istinadən Reuters agentliyi məlumat yayıb.
Qeyd edilib ki, may ayında Çinin Rusiya neftinin dəniz yolu ilə idxalının gündəlik 1,1 milyon barelə yüksələcəyi gözlənilir. Çinin Rusiya neftinin dəniz yolu ilə idxalı bu ilin birinci rübündə gündə 750,000, 2021-ci ildə isə gündə 800,000 barel təşkil etmişdi.
Agentlik qeyd edir ki, Çin hökumət razılaşmalarına uyğun olaraq gündə təxminən 800 min barel Rusiya neftini boru kəmərləri ilə də alır. Beləliklə, Rusiyadan neft idxalının həcmi təxminən gündə 2 milyon barel təşkil edə bilər ki, bu da Çinin ümumi tələbatının 15%-nə bərabərdir.
Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi bundan əvvəl məlumat vermişdi ki, yanvar-aprel aylarında Çinə Rusiya neftinin idxalı illik müqayisədə təxminən 7,4% azalaraq 25,6 milyon ton təşkil edib. Reuters agentliyinin məlumatına görə, Pekin Ukraynada xüsusi hərbi əməliyyata başlaması ilə əlaqədar Rusiyanın enerji daşıyıcılarını almaqdan imtina edən Qərb ölkələrinin boşluqlarını doldurur.
Bloomberg cümə axşamı bildirib ki, Çin öz anbarlarını Rusiyadan gələn neftlə doldurmağı planlaşdırır. Agentliyin mənbələrinə görə, Pekin hazırda Moskva ilə Rusiya neftinin əlavə tədarükü məsələsini müzakirə edir. Onlar Çinin strateji ehtiyatlarını artırmaq üçün istifadə olunacaq. Bloomberg iddia edir ki, danışıqlar hökumət səviyyəsində aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 19 d. əvvəl
- 26 d. əvvəl
- 33 d. əvvəl
-
15 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
17 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycan neftinin son qiyməti
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Ən çox oxunanlar
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib






















