“Optimal İstiqrazları” 22% gəlir qazandırır
10000 manatlıq istiqraz 3 aya minimum 300 manat qazanc gətirir!(®) Yerli maliyyə bazarında "Optimal İstiqrazları" vətəndaşlar üçün alternativ investisiya imkanı təqdim edir.
"Optimal Elektronika" MMC-nin ümumi dəyəri 5 milyon manat olan istiqrazları Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə standart bazar seqmentində listinqə daxil edilib və 9 dekabr 2021-ci il tarixində istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçirilmişdir.
Şirkətdən verilən məlumata əsasən, istiqraz təklifinin səbəbi şirkətin əsas fəaliyyəti hesab olunan elektronika mallarının topdan, korporativ və pərakəndə satışının genişləndirilməsidir.
İstiqrazların faiz dərəcəsi 12%, kupon faizlərinin ödəniş müddəti hər altı aydan birdir. Emissiya hər birinin nominal dəyəri 1000 manat olan 5000 ədəd istiqrazdan ibarətdir.
İstiqrazların hər biri 2,5 milyon manatlıq olmaqla iki tranşda yerləşdirilib. Hər bir istiqraz üzrə may və dekabr aylarının 9-da faiz ödənişləri ediləcəkdir. İstiqraz sahibləri 2023-cü ilin may ayının 9-da isə bir istiqraz üçün 1060 manat ödəniş alacaqlar.10000 manatlıq istiqraz sahibinə 3 aya minimum 300 manat qazanc gətirir ki, bu da illik minimum 12% gəlir deməkdir.
Optimal şirkəti müştərisi ilə birlikdə qazanmağı seçir. İstiqraz sahibləri Optimaldan etdiyi hər nağd alış-verişdə 10% əlavə keşbek qazanırlar. Beləliklə, istiqraz sahibləri həm 12% gəlir, həm də əlavə 10% keşbeklə 22% gəlir imkanı qazanırlar.
Optimal istiqrazlarını Optimal mağazalarından və “Azfinance” investisiya şirkətinə müraciət etməklə əldə etmək mümkündür.
Daha ətraflı məlumat üçün:
012954 / optimal.az
*7667 / afi.az
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 24 d. əvvəl
- 28 d. əvvəl
-
-
31 d. əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 34 d. əvvəl
-
38 d. əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
42 d. əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
- 54 d. əvvəl
-
1 saat əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
Ən çox oxunanlar
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Aviaşirkətin ixracında kəskin sıçrayış
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
























