OPEC+ iyul ayı üçün neft hasilatı planını müzakirə etməyə başlayıb
OPEC+ Nazirlərinin Monitorinq Komitəsi iyul ayında neft hasilatının bərpası planını müzakirə etmək üçün videokonfrans iclasına başlayıb.
Marja xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
İclasda nazirlər iyul ayı üçün neft hasilatının bərpa səviyyəsini müzakirə edəcəklər.
2021-ci ilin avqust ayından etibarən müttəfiqlər neft hasilatını gündəlik 400 min barel artırırdılar, lakin nazirlərin martın 31-də keçirilən görüşündə plan bir qədər yenilənib. Bəzi ölkələr üçün yeni baza istehsal səviyyələri səbəbilə hasilat 432 min barel/ gün artırılır.
Görüş Ukraynada müharibəyə görə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi fonunda keçirilir: mayın 30-da Avropa İttifaqı Rusiya neftinin Avropaya tədarükünə qismən embarqo qoyulması ilə bağlı siyasi razılaşma əldə edib. Bundan sonra “The Wall Street Journal” adı açıqlanmayan OPEC nümayəndələrinə istinadən yazıb ki, təşkilata üzv olan bəzi ölkələr Rusiyanın OPEC+ sazişində iştirakını dayandırmaq imkanını nəzərdən keçirir. Bununla belə, Reuters agentliyinin nümayəndə heyətlərindəki mənbələri OPEC+ texniki komitəsinin bir gün əvvəl keçirilən iclasında bu mövzunun müzakirə olunmadığını bildirib.
OPEC+ monitorinq komitəsinə OPEC+ sazişində iştirak edən 23 ölkədən 8-i daxildir. Bunlar Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt, Əlcəzair, Venesuela və Qazaxıstandır. OPEC+ monitorinqi konsensusa gələrsə və iyul ayı üçün hasilatın səviyyəsi ilə bağlı tövsiyə verərsə, o zaman bu, OPEC+ nazirlərinin görüşündə təsdiqlənməlidir. Əgər iyulda neft hasilatını sutkada 432 min barel bərpa etmək planı qorunsa, OPEC+ ölkələri hasilatı 2020-ci ilin may ayında olduğu kimi sutkada 9,5 milyon barel yox, cəmi 865 min barel azaldacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
- 10 d. əvvəl
- 17 d. əvvəl
- 23 d. əvvəl
-
15 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
17 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycan neftinin son qiyməti
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Ən çox oxunanlar
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib






















