Dünya Bankı Ukraynaya əlavə maliyyə vəsaiti ayırdı
Dünya Bankının İcraçı Direktorlar Şurası Ukraynada dövlət xərclərini dəstəkləmək üçün 1,49 milyard dollar əlavə maliyyələşdirməni təsdiqləyib.Dünya Bankı Ukrayna üçün 1,49 milyard dollar əlavə maliyyələşdirmənin təsdiqləndiyini bildirib.
Marja Bankın açıqlamasına istinadən xəbər verir ki, yeni maliyyələşdirmənin Dünya Bankının səfərbər etdiyi cəmi 4 milyard dollardan çox dəstək paketinin bir hissəsi olduğu qeyd edilib.
Açıqlamada sözügedən fondun təqribən 2 milyard dollarının xərcləndiyi, Dünya Bankının İcraçı Direktorlar Şurasının ölkədə dövlət xərclərini dəstəkləmək məqsədilə Ukraynaya 1,49 milyard dollarlıq əlavə maliyyə ayrılmasını təsdiqlədiyi qeyd edilib.
Açıqlamada deyilir ki, yeni vəsait hökumət və sosial işçilərin əmək haqlarının ödənilməsinə yönəldiləcək.
Açıqlamada yeni resurs üçün İngiltərə, Hollandiya, Litva və Latviyanın maliyyə zəmanətlərindən istifadə edildiyi bildirilib.
Bəyanatda fikirləri yer alan Dünya Bankının prezidenti David Malpass, Dünya Bankı Qrupunun davam edən müharibə qarşısında Ukraynaya və xalqına davamlı dəstək verdiyini bildirib.
"Biz maliyyə dəstəyini səfərbər etmək və ukraynalıların səhiyyə, təhsil və sosial müdafiəyə çıxışına kömək etmək üçün müxtəlif maliyyə alətlərimizin çevikliyindən istifadə etmək üçün donor ölkələrlə işləyirik",- deyib.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 9 d. əvvəl
- 15 d. əvvəl
-
29 d. əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
32 d. əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 55 d. əvvəl
-
9 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 13 saat əvvəl
-
13 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı





























