Avropada qazın qiyməti mayın sonundan bəri ilk dəfə olaraq 1000 dolları ötüb
Qazın qiyməti 15%-dən çox bahalaşıb.Avropada təbii qazın qiyməti cümə axşamı birjada mayın sonundan bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 dolları ötüb.
London ICE birjasının məlumatına görə, qiymət artımı Texasdakı böyük LNG zavodunda baş verən yanğın və partlayış fonunda ba verir.
Marja xəbər verir ki, iyul fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1013,4 dollara yüksəlib (və ya MVt/saat üçün 91,425 avro). Ümumilikdə qazın qiyməti ticarət başlayandan bəri 15%-dən çox artıb.
Bloomberg xəbər verir ki, çərşənbə günü Texasdakı "Freeport LNG" LNG terminalı yanğın və partlayışdan sonra fəaliyyətini dayandırıb və ən azı üç həftə bağlı qalaq. Bu terminal, tankerlərə yükləməzdən əvvəl boru kəməri qazını mayeləşdirən ABŞ-ın yeddi LNG ixrac terminalından biridir.
"Freeport LNG"nin hazırkı mayeləşdirmə qabiliyyəti ildə 15 milyon ton LNG olaraq qiymətləndirilir ki, bu da ABŞ-ın LNG ixracının təxminən 16%-ni təşkil edir.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, 2022-ci ilin yanvar-aprel aylarında Avropa İttifaqı və Böyük Britaniya ABŞ-dan LNG idxalını keçən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artırıb. Eyni zamanda, ABŞ hazırda LNG-nin təxminən 74%-ni Avropaya ixrac edir, Asiyaya tədarük isə 51% azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
- 7 d. əvvəl
- 13 d. əvvəl
-
15 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
16 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 18 saat əvvəl
-
18 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib























