Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
Avropa Mərkəzi Bankı faiz dərəcələrini dəyişməyib.Avropa Mərkəzi Bankı (AMB, ECB) iyun iclasında gözlənildiyi kimi faiz dərəcələrində dəyişiklik etməyib.
Marja.az xəbər verir ki, ECB əsas faiz dərəcəsini 0 faiz, marjinal maliyyələşdirmə imkanını 0,25 faiz və depozit dərəcəsini mənfi 0,50 faiz səviyyəsində saxlayıb.
Həmçinin Bank iyulun 1-də aktiv (qiymətli kağız) alışı proqramını bitirəcəyini açıqlayıb.
ECB sədri Christine Lagarde tərəfindən bu gün keçiriləcək mətbuat konfransında ilk faiz artımının vaxtı ilə bağlı siqnallar axtarılacaq.
Qlobal miqyasda bir çox mərkəzi banklar, xüsusilə ABŞ Mərkəzi Bankı (FED) və İngiltərə Mərkəzi Bankı faiz dərəcələrini artırmağa başladığından, ECB-nin sərt pul siyasətinə nə vaxt başlayacağı maraq doğurur.
Bank bu il və gələn il üçün inflyasiya proqnozlarını artırıb. Müvafiq olaraq, 2022-ci il üçün inflyasiya proqnozu 5,1 faizdən 6,8 faizə, 2023-cü il üçün proqnoz 2,1 faizdən 3,5 faizə, 2024-cü il üçün proqnoz isə 1,9 faizdən 2,1 faizə yüksəldilib.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
12 d. əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
-
18 d. əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
56 d. əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 1 saat əvvəl
-
1 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
1 saat əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
Oktyabr ayının hava proqnozu açıqlanıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
Ən çox oxunanlar
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
























