"Elmanado"nun DİN-dən aldığı sifarişlərin məbləği 16 milyon manatı keçdi
Daxili İşlər Nazirliyinin Maddi - Texniki Təminat Baş İdarəsi "Elmanado" MMC şirkətinə 3 tender üzrə 16 milyon 87 min manatlıq sifarişlər verib.
Marja.az xəbər verir ki, DİN-in Maddi -Texniki Təminat Baş İdarəsi "Furajka zabit, yataq ləvazimatları, mayka, tuman, əlcək, şərf, idman kostyumu, isti alt tuman köynək, kostyumluq parçalar, süfrə, xalça, kovralit, pərdə və fərqlənmə nişanlarının alınması", "Gündəlik və idman ayaqqabıları, qış çəkməsi, şalvar qayışı və xüsusi kəmərlərin alınması" və "Sıravi furajkası, yay və qış səhra papaqları, qalustuk poliver, isti qış gödəkçələri, qış səhar gödəkçələri, kostyum (PPX -YPX - ÇPA), yay şalvarı (YPX-PPX-ÇPX), yay örtüyü, plaş örtük, qısaqol mayka, səhra kostyumu, səhra maykası, qısaqol və uzunqol köynəklər alınması" üzrə tenderləri yekunlaşdırıb.
Üç tender üzrə qalib şirkət "Elmanado" MMC-dir.
İdarə qalib şirkət ilə müvafiq olaraq 3 milyon 510 min manatlıq, 3 milyon 221 min manatlıq və 9 milyon 356 min manatlq müqavilələr imzalayıb.
2021-ci ilin Aprel ayınnda da "Elmanado" MMC Daxili İşlər Nazirliyinin Maddi -Texniki Təminat Baş İdarəsinin "Ayaqqabı, səhra çəkməsi, idman ayaqqabısı, xüsusi kəmər və şalvar qayışı" alınması ilə bağlı keçirdiyi tenderin qalibi olmuşdu. Həmin tender üzrə 3 milyon 858 min manatlıq müqavilə imzalanmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























