Qazaxıstan birbaşa xarici investisiya axınını 25,5 milyard dollara çatdırmağı planlaşdırır
Qazaxıstan hakimiyyəti 2026-cı ildə birbaşa xarici investisiya axınını 25,5 milyard dollara çatdırmaq niyyətindədir.
Marja xəbər verir ki, bu barədə cümə axşamı hökumətin iclasında milli iqtisadiyyat nazirinin birinci müavini Timur Jaksylykov bildirib.
"Dövlət başçısının tapşırığına uyğun olaraq, Milli İqtisadiyyat Nazirliyi Dünya Bankının iştirakı ilə dövlət qurumları və təşkilatları ilə birlikdə Qazaxıstan Respublikasının 2026-cı ilə qədər investisiya siyasəti konsepsiyasının layihəsini hazırlayıb. Əsas Konsepsiya layihəsində nəzərdə tutulan hədəf göstəricilər 2026-cı ilə kimi əsas kapitala investisiyaların səviyyəsini ÜDM-in 25,1%-ə və birbaşa xarici investisiya axınını 25,5 milyard dollara çatdırmaqdır”, - deyə o bildirib.
Onun sözlərinə görə, sənəd layihəsində üç əsas istiqamət üzrə strukturlaşdırılmış sistem xarakterli 45 konkret tədbiri özündə əks etdirən tədbirlər planı var. "Birincisi, investisiya ekosisteminin gələcək inkişafıdır. İkincisi, özəl sektorun investisiya fəallığının artmasına kömək etməkdir. Üçüncüsü, iqtisadiyyatın investisiya potensialının açılmasıdır", - Jaksylykov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
11 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























