"İran Rusiyaya mal idxalı üçün nəqliyyat mərkəzinə çevrilə bilər"
İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlalinin sözlərinə görə, ölkəsi Rusiyadan taxıl və günəbaxan yağının idxalında maraqlıdır.İran İslam Respublikası üçüncü ölkələrdən Rusiyaya idxal olunan malların, eləcə də Rusiya taxılının və günəbaxan yağının ixracı üçün nəqliyyat mərkəzinə çevrilə bilər.
Marja xəbər verir ki, Bu barədə TASS-a Dağıstanda səfərdə olan İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazım Cəlali məlumat verib.
"Biz Rusiyadan İrana taxıl, günəbaxan yağı idxalında maraqlıyıq. Və qarşılıqlı əsasda İran Rusiyaya çoxlu mallar göndərə bilər, biz bir çox belə mallar haqqında razılığa gəlmişik. İran mal idxalı üçün çox yaxşı mərkəzə çevrilə bilər. Tələb olunan malları özümüz istehsal edə bilsək, Rusiyaya özümüz göndərərik, nəyəsə ehtiyacınız olsa, başqa yerlərdən alıb İran vasitəsilə Rusiyaya gətirə bilərsiniz, ona görə də biz də bu məsələ üzərində çox ciddi işləyirik”, - Cəlali bildirib.
Onun sözlərinə görə, daşımalar avtomobil, dəmir yolu, eləcə də dəniz əlaqəsi ilə birləşdirilən Şimal-Cənub dəhlizi ilə həyata keçirilir.
Səfir qeyd edib ki, dəmir yolu xəttinin inkişafı üçün Rusiyanın iştirakı gözlənilən Rəşt-Astara hissəsinin tikintisi məsələsi üzərində iş aparılır.
"Dəmir yolu Fars körfəzindən başlayıb Finlandiya körfəzinə və Sankt-Peterburqa qədər uzanacaqdır. Bu yol tamamlanmayıb, mən Rəştlə Astara arasını nəzərdə tuturam. Biz məsələ üzərində işləyirik", - deyə Cəlali əlavə edib.
"Şimal-Cənub" dəhlizi
“Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması haqqında hökumətlərarası saziş 2000-ci ildə Rusiya, Hindistan və İran tərəfindən imzalanmış, sonradan ona bir neçə başqa dövlət də qoşulmuşdur. Moskva bu sənədi 2002-ci ildə ratifikasiya edib. Layihənin məqsədi Hindistan, İran və Fars körfəzi ölkələrindən Rusiya ərazisi ilə Avropaya yüklərin tranzitini təmin etməkdir. Süveyş kanalından keçən dəniz yolu ilə müqayisədə məsafə iki dəfədən çox azalıb ki, bu da nəqliyyatın vaxtını və xərclərini azaldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
11 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























