Moody's Rusiyanın avrobondlar üzrə defolt etdiyini bildirib
Beynəlxalq reytinq agentliyinin məlumatına görə, iyunun 27-də güzəşt müddətində iki avrobond kuponu üzrə ödənişlər istiqraz sahiblərinə çatmayıb.“Moody's” agentliyi Rusiyanın xarici borcu üzrə defolt etdiyini bildirib.
Marja xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyinin saytında yerləşdirilən məlumatda deyilir.
"İyunun 27-də Rusiyanın suveren borcunun sahibləri 30 günlük güzəşt dövrünün sonuna qədər avrobond emissiyaları üzrə (Rusiya-26 və Rusiya-36) kupon ödənişləri almayıblar. Bu da defolt deməkdir", - məlumatda deyilir.
Keçən ay ABŞ Rusiyaya xarici borcuna xidmət üçün ödənişlər etməyə imkan verən ümumi lisenziyasını yeniləməyib.
Rusiyanın Maliyyə naziri Anton Siluanovun cümə axşamı bildirib ki, bu, xarici borc üzrə defolt demək deyil - kreditorların Moskvanın öz öhdəliklərini lazımınca yerinə yetirdiyinə inanmağa əsasları yoxdur, çünki Rusiya fors-major şəraitdə kreditorların borclarını alması üçün hər şeyi edir. Siluanovun sözlərinə görə, ABŞ və Avropa İttifaqı Rusiyanın xarici borcuna “defolt” damğasını vurmaq üçün ona xidmət göstərmək üçün süni maneələr yaradır.
Moody's-in mövqeyi
Öz növbəsində, Moody's gələcək kupon ödənişləri üzrə əlavə defoltları istisna etmir. "Rusiya prezidentinin 22 iyun tarixli fərmanı ilə xarici borcun rublla ödənilməsi qaydası tətbiq edilib. İstiqrazlar üzrə ödənişlərin rublla həyata keçirilməsini defolt hesab edəcəyik”, - agentlik bildirib.
Moody's əlavə edib ki, Rusiya tərəfindən 2018-ci ildən sonra buraxılan avrobondlar müəyyən şərtlər daxilində rublla geri alınmağa imkan verir. Bununla belə, 2018-ci ildən əvvəl buraxılmış avrobondlarda ya bu müddəa yoxdur, ya da yalnız dollar, avro, funt sterlinq və ya İsveçrə frankı kimi valyutalarda geri alınmasına icazə verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
15 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
16 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 18 saat əvvəl
-
18 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























