Prezident: “Türkmənistanla Azərbaycan arasında yük axını artır”
“Xəzər dənizindən keçməklə Türkmənistanla Azərbaycan arasında yük axını artır”.
Bunu Prezident İlham Əliyev Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovlə görüşdə bildirib.
Dövlət başçısı deyib ki, bu, həm ölkələrimizin, həm də qonşularımızın mənafelərinə uyğundur: “Bu gün Xəzərdən keçən nəqliyyat marşrutu xüsusi əhəmiyyət kəsb edir. Həm Türkmənistanda, həm də Azərbaycanda müasir dəniz limanları inşa edilib, dəmir yolu infrastrukturuna böyük sərmayə qoyulub”.
XXX
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısına dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Qurbanqulu Berdiməhəmmədov 2002-ci ildə Aşqabadda keçirilmiş birinci sammitdə ulu öndər Heydər Əliyevin də iştirak etdiyini dərin ehtiramla yad edib.
Xəzər dənizinin mehriban qonşuluq və sülh dənizi olduğunu qeyd edən Qurbanqulu Berdiməhəmmədov bu görüşün ümumi mənafelərimiz naminə Xəzərdə əməkdaşlığa yaxşı təkan verəcəyinə əminliyini bildirib. Bakı sammitində mühüm məsələlərin müzakirə olunduğunu xatırladan Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbul olunmasının əhəmiyyətini vurğulayıb.
Bu il Azərbaycan ilə Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Qurbanqulu Berdiməhəmmədov ötən illər ərzində siyasi, iqtisadi-ticari və mədəni-humanitar sahələrdə böyük işlərin görüldüyünü vurğulayıb. Türkmənistanın neytral statusunu daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Azərbaycan Prezidentinin beynəlxalq arenada qarşılıqlı hörmətə və etimada əsaslanan təşəbbüslərinə verdiyi daimi dəstəyi qeyd edib.
Qurbanqulu Berdiməhəmmədov dövlətlərimizin birgə təşəbbüsləri ilə logistika və nəqliyyat-tranzit dəhlizlərinin qurulmasının önəmini, iqtisadi əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyini vurğulayıb.
Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qəbul edilməsinə və fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini, ölkəsinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına geniş nümayəndə heyəti ilə qatıldığını deyib.
x x x
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu yubileyi münasibətilə təbrik etdi, qardaş Türkmənistanın inkişafı naminə bundan sonrakı fəaliyyətində də ona uğurlar arzulayıb.
Dövlətimizin başçısı Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi illərində Türkmənistanın neytrallıq statusunu möhkəmləndirməklə yanaşı, müstəqil xarici siyasət yürüdərək beynəlxalq arenada nüfuz qazandığını, sürətlə inkişaf etdiyini, paytaxt Aşqabadın ildən-ilə gözəlləşdiyini bildirib.
Ortaq söykökünə malik qardaş ölkəyə yenidən səfər etməkdən məmnunluğunu vurğulayan dövlətimizin başçısı Türkmənistanın yeni Prezidenti Sərdar Berdiməhəmmədovun da ölkəni inkişaf və tərəqqi yolu ilə aparacağına əminliyini ifadə edib.
İkitərəfli münasibətlərə toxunan Prezident İlham Əliyev ölkələrimizin qarşılıqlı dəstəyini vurğulayıb. Azərbaycan Prezidenti həm ikitərəfli, həm də çoxtərəfli formatda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, əsas məqsədin əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı siyasi fəaliyyəti daha da möhkəmləndirmək, mədəni əlaqələrin potensialını tam üzə çıxarmaq olduğunu deyib.
Xəzər dənizindən keçməklə Türkmənistanla Azərbaycan arasında yük axınının artdığını vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu, həm ölkələrimizin, həm də qonşularımızın mənafelərinə uyğundur. Bu gün Xəzərdən keçən nəqliyyat marşrutu xüsusi əhəmiyyət kəsb edir. Həm Türkmənistanda, həm də Azərbaycanda müasir dəniz limanları inşa edilib, dəmir yolu infrastrukturuna böyük sərmayə qoyulub.
Zirvə Toplantısının əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev ilk sammitin də 20 il əvvəl Türkmənistanın təşəbbüsü ilə keçirildiyini xatırladıb. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, VI Zirvə Toplantısında qəbul ediləcək qərarlar Xəzərin potensialını tam reallaşdırmağa, onu sülh, təhlükəsizlik, əməkdaşlıq və ekoloji cəhətdən təmiz zona kimi qoruyub saxlamağa imkan verəcək.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 6 d. əvvəl
-
- 19 d. əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
14 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
15 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"OpenAI" "Microsoft"a rəqib olur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®



























