Dövlət Qulluğunu İdarəetmə Şurasının iclası keçirilib, Samir Nuriyev sədr seçilib
İyulun 7-də Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibdə birinci iclası keçirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev iclası giriş sözü ilə açaraq, Azərbaycanda müasir dövlət qulluğu sisteminin yaradılmasının, demokratik, hüquqi və ədalət prinsiplərinə əsaslanaraq inkişaf etdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd olunub ki, dövlət qulluğunun müasir tələblərə uyğun təşkilində və yüksəkixtisaslı, peşəkar milli kadrların hazırlanmasında Ulu Öndərin zəngin idarəçilik təcrübəsi başlıca rol oynayıb. 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ölkəmizdə dövlət qulluğu sahəsində münasibətlərin, bu sferada çalışan şəxslərin hüquqi vəziyyəti ilə bağlı məsələlərin tənzimlənməsində mühüm addım olub.
Bildirilib ki, dövlət idarəçiliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və müasir çağırışlara cavab verən standartların tətbiqi, milli kadr potensialının inkişaf etdirilməsi, dövlət qulluğunda keyfiyyətin və səmərəliliyin yüksəldilməsinə xidmət edən məqsədyönlü kadr islahatlarının reallaşdırılması məsələləri Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti dövlət qulluğunda yüksək peşəkarlığa, fərdi bacarığa, təşəbbüskarlığa xüsusi önəm verərək, mənəvi-əxlaqi dəyərlərə, etik davranış qaydalarına riayət olunmasını, dövlət orqanlarının (qurumlarının), dövlət qulluqçularının fəaliyyətinə, qəbul olunmuş qərarların tam və düzgün icrasına ciddi nəzarət edilməsini əsas vəzifə kimi müəyyənləşdirib.
İclasda Şura sədrinin seçilməsi, Şuranın fəaliyyətinin təşkili, dövlət qulluğu sahəsində cari vəziyyət ilə bağlı məruzələr, o cümlədən Dövlət İmtahan Mərkəzinin hesabatı dinlənilib, həmçinin dövlət qulluğunda kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin mövcud vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
Keçirilmiş səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Şuranın sədri seçilib. Bundan başqa, Dövlət Qulluğunu İdarəetmə Şurası Katibliyinin funksiyaları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinə həvalə olunub və Şuranın Katibliyinin fəaliyyət istiqamətləri təsdiq edilib.
İclasın sonunda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Dövlət Qulluğunu İdarəetmə Şurasının üzərinə qoyulan yeni mühüm vəzifələrin layiqincə həyata keçirilməsi üçün dövlət orqanları (qurumları) ilə daha çevik və səmərəli əlaqələndirmənin zəruriliyini qeyd edib və Şuranın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 30 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
-
-
46 d. əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
1 saat əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 3 saat əvvəl
-
13 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
14 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
Rəsmi məzənnələr açıqlandı
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
Ən çox oxunanlar
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib

























