ABŞ, dolların möhkəmlənməsi ilə əlaqədar qlobal iqtisadiyyatın inkişaf perspektivlərindən narahatdır
ABŞ Maliyyə Naziri Janet Yellenin sözlərinə görə, "dünyada borc böhranı ilə üzləşə biləcək daha çox ölkə var"ABŞ-ın maliyyə naziri Janet Yellen cümə axşamı günü dolların möhkəmlənməsi səbəbindən qlobal iqtisadiyyatın perspektivindən narahatlığını ifadə edib.
Marja-nın məlumatına görə, Vaşinqtonda keçirilən mətbuat konfransında ondan soruşublar ki, dolların digər valyutalara nisbətdə bahalaşmasının mənfi nəticələrindən qorxmağa dəyərmi?
"Dolların əhəmiyyətli dərəcədə möhkəmlənməsi müşahidə olunub. Düşünürəm ki, bunun bir hissəsi ABŞ və digər ölkələr arasında faiz dərəcələrindəki fərqlə bağlıdır, çünki biz pul siyasətini daha sürətlə sərtləşdirməyə başladıq. Bu, ABŞ-a kapital axınını cəlb etdi, dolları bahalaşdırdı”, - nazir deyib.
"Mən qlobal iqtisadiyyatın perspektivindən narahatam. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı öz proqnozlarını artıq bir neçə dəfə aşağı salıb. Güclü dollar inkişaf etməkdə olan ölkələrin bəzilərinin iqtisadiyyatına təzyiq göstərir, xüsusən də dollarla ifadə olunan borcların ödənilməsi getdikcə çətinləşir. Beləliklə, artan faiz dərəcələri, güclü dollar mühiti dünyanın digər yerlərində təzyiq yaradır”, - Yellen bildirib.
Onun sözlərinə görə, "dünyada borc böhranı ilə üzləşə biləcək daha çox ölkə var".
Bazar ertəsi Britaniyanın “Financial Times” qəzeti ABŞ valyutasının yüksəlməsi səbəbindən ABŞ korporasiyalarının 2022-ci ildə milyardlarla dollar gəlir itirəcəyini yazıb. Qəzet xatırladıb ki, mərkəzi bank kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED) iyunun ortalarında son onilliklərdə ilk dəfə olaraq baza faiz dərəcəsini birdən-birə 75 baza bəndi artıraraq 1,5-1,75%-ə çatdırıb. Bu, "son 20 ildə ABŞ valyutasının ən güclü möhkəmlənməsinə" səbəb olub ki, bu da ABŞ-ın ixrac yönümlü şirkətlərinin "gəlirlərinin milyardlarla azalmasına" səbəb olur. Vəziyyət FED-in uçot dərəcəsini daha da yüksəltmək, dolları getdikcə gücləndirmək niyyəti ilə mürəkkəbləşir ki, bu da, ABŞ şirkətlərinin məhsullarının regional bazarlarda qiymət rəqabəti qabiliyyətinin azalmasına, onların gəlirlərinin düşməsinə səbəb olacaq.
Çərşənbə günü FED faiz dərəcəsini ardıcıl ikinci dəfə 0,75 faiz bəndi artıraraq 2,25-2,5%-ə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
14 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
16 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 17 saat əvvəl
-
17 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 17 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























