Neft daha da ucuzlaşıb
Neft qiymətləri düşməkdə davam edir.
Marja.az xəbər verir ki, Brent nefti 5%-dən çox ucuzlaşaraq 96,66 dollaradək, ABŞ xam nefti isə 6%-ə yaxın ucuzlaşaraq 90,46 dollaradək düşüb.
Londonun ICE birjasında Brent markalı neftin qiyməti iyulun 14-dən bəri ilk dəfə bir barel üçün 97 dollardan aşağı düşüb.
Dünən Brent nefti 102 dollardan, ABŞ xam nefti isə 90,62 dollardan ticarət olunurdu.
Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqləri (OPEC+) sentyabr ayında ehtiyat gücünün "ciddi məhdud" olacağı barədə xəbərdarlıq edərək, tədarükü gündəlik 100 min barel artırmağa razılaşıb.
ABŞ-da hökumət məlumatları göstərib ki, amerikalılar pandemiyanın təsiri səbəbindən 2020-ci ilin yayında olduğundan daha az maşın sürürlər. Ölkə üzrə xam neft ehtiyatları keçən həftə 4 milyon barreldən çox artıb.
Xam neftin qiymətlərində fevral ayında Rusiyanın Ukraynaya hücumu nəticəsində baş vermiş artım tamamilə silinib. Mart ayında 130 dolları keçdikdən sonra neft investorların qlobal yavaşlamanın enerji istehlakını azaldacağı ilə bağlı artan narahatlıqları ilə aşağı düşüb.
Neft qiymətləri OPEC+ un kiçik istehsal kvotası artımı ilə dəstəklənsə də, əsasən Çindən gələn zəif makro məlumatlar və ABŞ-ın xam neft ehtiyatlarının artması səbəbindən ucuzlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
14 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
16 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 17 saat əvvəl
-
17 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 17 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























