Azərbaycan nefti kəskin ucuzlaşıb - 100 DOLLARDAN AŞAĞI DÜŞDÜ
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,58 ABŞ dolları və ya 5,5% azalaraq 96,61 dollar təşkil edib.
Xəbər verdiyimiz kimi, qlobal iqtisadi yavaşlama ilə əlaqədar olaraq tələbin azalacağı ilə bağlı artan narahatlıqlar fonunda neft ucuzlaşmaqda davam edir.
ABŞ xam neftinin qiyməti 88 dollardan, Brent nefti isə 94 dollardan aşağı düşüb. Brent neftinin qiyməti 93,29 dolları, ABŞ xam neftinin qiyməti isə 87,76 dolları görüb.
ABŞ xam nefti bu həftə 10 faizdən çox ucuzlaşıb. Rəsmi məlumatlar göstərir ki, ABŞ-da anbarlarda xam neft ehtiyatları artıb, benzin istehlakı (istifadəsi) azalıb.
Bu azalma OPEC+-ın ehtiyat gücün yetərli olmadığı barədə xəbərdarlıq etməsinə baxmayaraq baş verib.
İlin ilk beş ayında qiymətlərin yüksəlməsindən sonra xam neft iyun və iyul aylarında ucuzlaşıb və qiymətlərin düşməsi bu ay daha da sürətlənib.
Rusiyanın Ukraynaya hücumu nəticəsində qiymətlərdə baş vermiş artım artıq tamamilə silinib.
FED də daxil olmaqla mərkəzi bankların faiz dərəcələrini artırmaları qlobal iqtisadiyyata inflyasiya təzyiqlərini azaldacağı gözlənilir.
Analitiklər bildirirlər ki, qiymətlərin düşməsi neftə tələbin pisləşməsilə əlaqədardır.
Daha sərt pul siyasətinə keçid investorlar arasında əsas iqtisadiyyatlarda artımın yavaşlayacağı və enerji istehlakı perspektivini təhlükə altına atacağı ilə bağlı narahatlıqlar yaradıb. İngiltərə Mərkəzi Bankı cümə axşamı xəbərdarlıq edib ki, Böyük Britaniya borclanma xərclərini (faizi) artırdığı üçün tənəzzülə girir.
Bu həftə qiymətlərin düşməsinə qismən Liviyanın xam neft hasilatını bərpa etməsi də təsir göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























