Çindən rekord xarici ticarət profisiti
İyulda Çində ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 18%, idxal isə 2,3% artıb. Xarici ticarət profisiti iyul ayında 101,26 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.Çin Baş Gömrük İdarəsinin məlumatına görə, iyul ayında ixrac 18 faiz artaraq 333 milyard dollar, idxal isə 2,3 faiz artaraq 231,7 milyard dollar təşkil edib.
Xarici ticarət profisiti iyul ayında 101,26 milyard dollar təşkil edib, bu da indiyədək ən yüksək məbləğdir.
İyun ayında 17,9 faiz artımdan sonra ixrac gözləntilərin üzərində artıb, idxal gözləntilərdən aşağı olub.
Rusiyaya ixrac 22 faiz artıb.
Sözügedən dövrdə Çinin xarici ticarətində ən böyük payı Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN), Avropa İttifaqı (Aİ) ölkələri və ABŞ təşkil edib.
Çinin, Ukrayna müharibəsindən sonra Qərbin iqtisadi sanksiyaları ilə üzləşən Rusiya ilə ticarəti iyul ayında da artmağa davam edib. Çinin Rusiyaya ixracı illik müqayisədə 22,2 faiz, Rusiyadan idxal isə 49,3 faiz artıb.
İxracda sürətlənmənin davam etməsi Çin iqtisadiyyatının Covid-19 epidemiyasından sonra bərpa olunmağa başladığı ümidlərini artırarkən, idxaldakı durğunluq mənfi təsirlərin hələ də aradan qaldırılmadığına dair narahatlıqları artırıb.
Çində Omicron variantına yoluxanların artması ilə əlaqədar olaraq bağlanma tədbirlərinin və məhdudiyyətlərin iqtisadiyyata mənfi təsiri yay aylarında, xüsusilə ölkənin ən böyük şəhəri Şanxayda hiss edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
14 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
16 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 17 saat əvvəl
-
17 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 17 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























