Azərbaycanın qablaşdırma məhsulları şirkəti zərər açıqladı - SATIŞI 3 DƏFƏDƏN ÇOX AZALIB
Azərbaycanın qida istehsalçılarını plastik qablaşdırma məhsulları ilə təchiz edən "AZ-PACK" MMC 2021-ci ili 610 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 411 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, "AZ-PACK" MMC-nin 2020-ci ildə satışdan gəlirləri 9 milyon 621 min manat ikən, 2021-ci ildə 2 milyon 954 min manata düşüb. Beləliklə, şirkətin əsas əməliyyat gəlirləri 3,2 dəfə azalıb.
Ötən il satışın maya dəyəri gəlirlərdən yüksək - 3 milyon 875 min manat olub.
2021-ci ildə "AZ-PACK" MMC-nin cəmi gəlirləri 3 milyon 265 min manat, cəmi xərcləri 3 milyon 875 min manat təşkil edib.
2012-ci ildən fəaliyyət göstərən "AZ-PACK" MMC PET preformalar, SBC və HDPE qapaqlar, IML qabları, PS / PP listləri və PS / PP qablar istehsalı üzrə ixtisaslaşmışdır.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 d. əvvəl
-
8 d. əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
-
12 d. əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
- 24 d. əvvəl
-
1 saat əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Əliyev Pezeşkiana zəng edib
Aviaşirkətin ixracında kəskin sıçrayış
Ən çox oxunanlar
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı




























