Türk Lirəsi Mərkəzi Bankın gözlənilməz qərarından sonra 1 faizə yaxın ucuzlaşdı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) gözlənilməz faiz endirimindən sonra dollar/TL məzənnəsi yüksəlib.
Marja xəbər verir ki, Mərkəzi Bankın Bakı vaxtı ilə saat 15:00-da açıqlanan faiz qərarından dollar/TL məzənnəsi 18,1394 səviyyəsini görüb. Türk Lirəsi Dollar qarşısında təxminən 1% də dəyər itirib.
Dollar/TL məzənnəsi sürpriz faiz endiriminin təsiri ilə dekabrın 20-dən bəri ən yüksək səviyyəyə qalxıb.
Bakı vaxtı ilə saat 15:27-də Dollar/TL məzənnəsi 0,85% artımla 18,10 səviyyələrində olub.
Xəbər verdiyimiz kimi, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 1 bənd azaldaraq 14 faizdən 13 faizə endirib.Proqnoz faiz dərəcəsinin 14 faiz səviyyəsində sabit saxlanacağı istiqamətində idi. Türkiyə Mərkəzi Bankı inflyasiya ilə mübarizəni kənara qoyub, iqtisadi artımı və ixracı dəstəkləyir. Bankın İdarə Heyəti hesab edir ki, inflyasiya düşməyə başlayacaq. Sənayedə və məşğulluğun artması tendensiyanın davam etdirilməsi baxımından maliyyə şərtlərinin dəstəkləyici olması vacibdir. Bu çərçivədə İdarə Heyəti faizini endirmək qərarına gəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
45 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib






























