Banklar ilə bağlı əsas göstəricilər açıqlandı - SEKTOR KİÇİLİB
31 iyul 2022-ci il tarixinə olan bank sektorunun əsas göstəriciləri açıqlanıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31 İyul 2022-ci il tarixində bank sektorunun cəmi aktivləri 41 milyard 589.7 milyon manat təşkil edib. Bu, İyun ayının sonu ilə müqayisədə 330.5 milyon manat və ya 0,8% azdır. 30 İyun 2022-ci il tarixində sektorun cəmi aktivləri 41 milyard 920.2 milyon manata çatmışdı.
Aktivlərdəki azalma əsasən Mərkəzi Bankda müxbir hesablardakı, nostro hesablardakı və banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərin azalması ilə əlaqədardır.
Müştərilərə verilmiş cəmi kredirlər iyul ayında iyun ayının sonu ilə müqayisədə 167.4 milyon manat artaraq 18 milyard 487.4 milyon manata yüksəlib.
İyulda banklardakı cəmi depozitlər isə 381,6 milyon manat və ya 1,3% azalaraq 29 milyard 600,5 milyon manata düşüb. O cümlədən, hüquqi şəxslərin depozitləri 608.5 milyon manat azalaraq 18 milyard 955 milyon manata geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
14 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
15 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 17 saat əvvəl
-
17 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















