ABB-nin kartları ilə, Google Pay-lə ödəniş et, 15 manat keşbek qazan!
(®) Ölkəmizdə yenicə təqdim olunmuş Google Pay ödəniş sisteminin faydalarını göstərmək üçün ABB yeni kampaniyaya start verib. ABB-nin ödəniş kartları ilə, Google Pay sistemini dəstəkləyən mobil cihazlarla hər biri minimum 10 manatlıq, ən azı 5 ödəniş etmiş müştərilər 15 manat keşbek qazanacaqlar.
Kampaniya 15 oktyabr 2022-ci il tarixinə qədər keçərlidir. ABB-nin bütün Visa və Mastercard kartları ilə aparılmış ödənişlərə şamil olunur. Bu şərtlərə uyğun gələn ilk 10 min müştəri qalib sayılacaq. Kampaniya yalnız elektron kommersiya kanallarında, eləcə də ticarət və xidmət məkanlarındakı POS terminallarda aparılmış ödənişlərə aiddir. Hər müştəri kampaniya ərzində 15 manatlıq keşbeki yalnız bir dəfə qazana bilər.
Google Pay rahat və təhlükəsiz ödəniş həllidir. İstifadəçilərə Android sistemini dəstəkləyən bütün cihazlarla tam təmassız ödəniş aparmaq imkanı yaradır. Müştəri sadəcə mobil telefonunu ödəniş terminalına yaxınlaşdırıb anında ödənişlərini apara bilir. Google-un innovativ texnologiyaları bütün əməliyyatların təhlükəsizliyinə ən yüksək səviyyədə təminat verir.
Kampaniya barədə daha ətraflı məlumatları ABB-nin internet səhifəsindən öyrənə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























