Səudiyyə Ərəbistanı dünya neft bazarının vəziyyətini şizofreniya ilə müqayisə edib
Ölkənin energetika naziri Şahzadə Əbdül Əziz bin Salman Əl Səud bildirib ki, qiymətli kağız və fiziki bazarlar getdikcə daha çox əlaqəsiz olur.Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl Səud bazar ertəsi günü qlobal neft bazarının şizofreniya vəziyyətində olduğunu bildirib.
Marja xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika rəhbəri Bloomberg-ə deyib:
“Kifayət qədər likvidlik olmadan bazarlar fiziki əsasların reallıqlarını rasional şəkildə əks etdirə bilməz və ehtiyat imkanlarının ciddi şəkildə məhdud və ciddi pozulma riskinin yüksək olduğu bir vaxtda saxta təhlükəsizlik hissi yarada bilər. Bazar müəyyən mənada şizofreniya vəziyyətindədir (reallığı qiymətləndirmə bacarığının itirilməsi - red)”.
Onun sözlərinə görə, bu, iştirakçılara risk və qeyri-müəyyənliyi effektiv şəkildə azaltmaq və idarə etmək üçün yanlış siqnallar göndərir.
Nazir vurğulayıb ki, aşağı likvidlik və yüksək volatillik istehlakçılara istehsal gücünün çatışmazlığına diqqət yetirməyə imkan vermir.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin rəhbəri qeyd edib ki, hazırda bazarların fəaliyyətinin şəffaflığı xüsusilə zəruridir. Bu, riskləri effektiv idarə etməyə və bazar iştirakçılarının üzləşdiyi qeyri-müəyyənliklərə uyğunlaşmağa imkan verəcək.
Avqustun 3-də OPEC+ üzvləri sentyabrda neft hasilatının sutkada 100 min barel artırılmasını təsdiqləyiblər. Alyans ölkələrində neft hasilatının ümumi səviyyəsi sutkada 43,955 milyon barelə qədər arta bilər. Yekun kommunikedə vurğulanır ki, dünyada sərbəst neft hasilatı imkanları ciddi şəkildə məhduddur və ehtiyatlar istifadə edilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
14 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
16 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 17 saat əvvəl
-
17 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























