Putin: Dünyada ərzaq qiymətləri Rusiyadan malların ixracı ilə bağlı problemlər səbəbindən qalxır
Rusiya prezidenti Vladimir Putin dünyada ərzaq məhsullarının qiymətinin qalxmasını Rusiyadan kənd təsərrüfatı məhsulları və gübrələrin ixracı ilə bağlı problemlərlə əlaqələndirib.
Marja xəbər verir ki, o bunu çərşənbə günü Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında sualları cavablandırarkən deyib.
"Vəziyyət yaxşılığa doğru dəyişir, lakin hələ də dünya ərzaq bazarlarında bütün istehlakçıların maraqlarını təmin etmək baxımından işləməyimizə mane olan müəyyən məhdudiyyətlər qalmaqdadır", - deyən prezident qeyd edib ki, bu məhdudiyyətlər "qiymətləri yüksəltməkdə davam edir".
"Formal olaraq gübrələrimizə, eləcə də qidaya qarşı sanksiyalar götürülüb, amma əslində məhdudiyyətlər var. Bu, o qədər hiyləgərcəsinə hazırlanmış, mürəkkəb vəziyyətdir ki, məhsullarımıza qarşı birbaşa sanksiyalar yoxdur, lakin logistika, gəmilərimiz, pul köçürülməsi, sığorta ilə bağlı məhdudiyyətlər var”, Putin bildirib.
"Ümid edirik ki, qalan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək", - Prezident əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























