“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bu həftə ABŞ-da və Avrozonada inflyasiya götəriciləri açıqlanacaqInvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Ötən həftə Avropa Mərkəzi bankının faiz artımı qərarından sonra avronun qiymətində bahalaşma müşahidə olundu. 1.0110 bənd səviyyəsinədək bahalaşan EURUSD cütlüyü hal-hazırda 1.0080 bənd səviyyəsində ticarət olunur. Çərşənbə axşamı saat 16.30-da ABŞ-da və cümə günü 13.00-da Avrozona da açıqlanacaq inflyasiya göstəriciləri investorların diqqət mərkəzində olacaq. Qeyd etmək lazımdır ki, ABŞ-da inflyasiya göstəriciləri 21 sentyabrda FED-in faiz qərarına təsir edəcək mühüm amil kimi çıxış edir.
GBP.
Ucuzlaşan dollar fonunda bahalaşmaqda davam edən GBPUSD məzənnəsi 1.1650 bənd səviyyəsinədək arta bildi. Kraliçanın vəfatı ilə əlaqədar təxirə salınan faiq qərarının 22 sentyabrda açıqlanacağı gözlənilir. Yeni baş nazir Lizz Trassın növbəti dönəm üçün elan etdiyi vergi-büdcə siyasəti fonunda faiz dərəcəsinin artırılması ehtimalı daha çoxdur ki, buda gələcəkdə GBPUSD cütlüyünün bahalaşmasına səbəb ola bilər.
TRY.
Bu gün 18.17TL hədlərinə kimi ucuzlaşan USDTRY məzənnəsində artım tendensiyası davam edir. Hazırda 18.21TL hədlərində ticarət olunan USDTRY cütlüyündə 18.22TL səviyyəsi qırılacağı təqrdirdə tarixi maksimumlar növbəti dəfə test edilə bilər. Bu gün 11.00-da Türkiyədə işsizlik göstəriciləri açıqlanacaq.
OIL.
Ötən həftə Avropa Şurasının Rusiya neftinə qiymət məhdudiyyəti tətbiq edilməsi müzakirələri nefti 94.17$ hədlərinə qədər bahalaşdırsa da, hal-hazırda “Brent” markalı nefti 92.45$ səviyyələrində ticarət olunur.
Çərşənbə günü saat 18.30-da ABŞ-dan açıqlanacaq neft ehtiyyatları barədə göstəricilər treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Qızıl ötən həftə 1730$-a kimi bahalaşsa da, yenidən 1712$ hədlərinə kimi gerilədi. Dollar indeksindəki yüksəliş davam edərsə, qızıl 1705$-a (53.26$/qram) kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
44 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib


























