Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AYİB Azərbaycanda genişzolaqlı internetin genişləndirilməsinə kredit ayıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
AYİB Azərbaycanda genişzolaqlı internetin genişləndirilməsinə kredit ayıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsinə Avropa İnkişaf və Yenidənqurma Bankından kredit vəsaiti cəlb ediləcək.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov AYİB-in prezidenti Odile Renaud-Bassonun iştirakı ilə keçirilən görüşdə çıxış edərkən deyib.

Reklam_3_11

Onun sözlərinə görə, hazırda ölkənin 100% genişzolaqlı internetlə təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür ki, hər bir ailə sürətli telekommunikasiya xidmətlərindən yararlana bilsin.

"Bu iddialı layihələrin icrasını sürətləndirmək üçün biz Avropa İnkişaf və Yenidənqurma Bankından kreditin alınmasını düşünürük. Biz artıq 600 min ev təsərrüfatını optik internetlə əhatə etmişik və bu rəqəmi ilin sonunadək 800 minə çatdırmağı nəzərdə tuturuq. Qeyd edim ki, hazırda ölkə üzrə 700-ə yaxın kəndlərdə sabit genişzolaqlı şəbəkəyə çıxış mövcud deyil" - deyə, Samir Məmmədov qeyd edib.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

© APA

12.09.2022 17:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18