Türkiyə Mərkəzi Bankının qərarı maraqla gözlənilir - TÜRK LİRƏSİ UCUZLAŞIR
Bu gün bazarlar TCMB-nin faiz qərarına fokuslanıb. Ötən ay sürpriz faiz endiriminə gedən Bankın necə qərar verəcəyi maraqla gözlənilir.Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi Şahap Kavcıoğlunun sədrliyi ilə toplanacaq.
Marja.az xəbər verir ki, TCMB faiz qərarını Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaq
Bütün dünyada mərkəzi banklar faiz artırarkən, TCMB keçən ay gözlənilməz faiz endirimi qərarı verib və faizini 14 faizdən 13 faizə endirib. Beləliklə, 2022-ci ilin ilk faiz endirimi həyata keçirilib. Mərkəzi Bank əvvəlki faiz endirimini 2021-ci ilin dekabrında edib və növbəti 7 iclasda faizini sabit saxlayıb.
Mərkəzi Bankdan nə gözlənilir?
Kredit reytinq agentliyi Fitch TCMB-nin faiz qərarı ilə bağlı proqnozunu açıqlayıb. Fitch rəsmisi TCMB-nin faiz dərəcələrini prezident seçkilərinə qədər 13 faizdə sabit saxlamasını gözləyir. Türkiyədə, Yaxın Şərqdə və Afrikada əmtəə qiymətləri, inflyasiya və artan faizlərlə bağlı vebinarda danışan Fitch-in rəsmisi Türkiyədəki seçkilərdən sonra faizlərin artırılmasını gözlədiklərini bildirib.
Reuters-in sorğusunda bu ay üçün gözlənti faizin 13% səviyyəsində sabit qalacağı istiqamətindədir. Eyni zamanda, faiz dərəcəsinin 50 və ya 100 bənd azaldılacağını proqnozlaşdıranlar da var.
TL nə qədər dəyər itirib?
Ötən ay gözlənilməz faiz endirimindən sonra Türk Lirəsi (TL) dollar qarşısında 2 faizə yaxın dəyər itirib.
Türk lirəsi aprelin sonundan bu yana 19 faizə yaxın, ilin əvvəlindən 28 faizə yaxın, son bir ildə isə 54 faiz dəyər itirib.
Türk lirəsi ötən il 40 faizdən çox ucuzlaşıb.
Türk Lirəsi dəyərdən düşməkdə davam edir. Bakı vaxtı ilə saat 08:00-da Dollar/TL məzənnəsi 18,35 lirə səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























