2022-ci ildə Yenin dəyərdən düşməsi ötən əsrdən bəri ən böyük ucuzlaşmadır
Milli valyutanın ucuzlaşması ABŞ və Yaponiyada kredit faizlərindəki böyük fərqlə bağlıdır.Bu il yenin dəyərindəki enişin miqyası 1985-ci ildən bəri ən böyük eniş olub.
Marja.az Kyodo xəbər agentliyinin cümə axşamı yaydığı məlumata istinadən xəbər verir ki, yanvar ayından bəri dollar 30 yendən çox bahalaşıb ki, bu da 1989-cu ildə Yaponiyada daşınmaz əmlak və digər aktivlərin qiymətlərində şişmiş “köpükün” partlamasından sonra Yenin ucuzlaşması miqyasını da üstələyir. Həmin vaxt “köpükün” partlaması və yenin ucuzlaşması iqtisadiyyatda uzunmüddətli depressiyasına səbəb olmuşdu.
Milli valyutanın ucuzlaşması ABŞ və Yaponiyada kredit faizlərindəki böyük fərqlə bağlıdır. Cümə axşamı Yaponiya Mərkəzi Bankının rəhbərliyi qısamüddətli kreditlər üzrə mənfi faiz dərəcəsini mənfi 0,1% səviyyəsində saxlamaq qərarına gəlib. Dolların məzənnəsi dərhal 145 yen səviyyəsini keçib. Bu, son 24 ildə Yaponiya valyutasının ən böyük dəyər itirməsi olub.
Son 12 ayda Yen Dollar qarşısında 32%-dən çox dəyər itirib.
Yaponiya Mərkəzi Bankı ölkədə işgüzar fəallığı stimullaşdırmaq üçün faktiki olaraq mənfi kredit dərəcəsi siyasətini həyata keçirir. Bu, ABŞ Federal Ehtiyat Sisteminin (FED) kreditlər üzrə faiz dərəcələrini dəfələrlə qaldıran və dollarla ifadə olunan maliyyə alətlərini cəlbedici edən taktikası ilə kəskin ziddiyyət təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
44 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib


























