Putin: Bu il Rusiyada taxıl məhsuldarlığı rekord qıracaq
Bu il Rusiyada taxıl məhsuldarlığı rekord qıracaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, artıq 138,7 milyon ton taxıl yığılıb və bu rəqəmin 150 milyon tona çatacağı gözlənilir.
"Bu il məhsuldarlığın layiqli olacağı vəd edilib. Bəzi komponentlərdə bu, həm də rekord göstəricidir", - deyə Putin videokonfrans rejimində mövsümi tarla işlərinin gedişi ilə bağlı keçirilən müşavirədə deyib.
Putin qeyd edib ki, artıq 138,7 milyon ton taxıl biçilib:
"Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdə biri qədər çoxdur. Mütəxəssislərin fikrincə, ümumi taxıl yığımı 150 milyon tona çata bilər. 140, 145, sonra 147 dedik, indi ilkin hesablama 150 milyon tondur. Buğda isə təxminən 100 milyon ton. Bu, Rusiyanın bütün tarixində rekord göstərici olacaq”.
Rusiya Prezidenti xatırladıb ki, rekord 2017-ci ildə 135,5 milyon, RSFSR-də isə 1978-ci ildə 127 milyon ton olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























